Ermənistanla Gürcüstanın strateji tərəfdaşlığı var - Paşinyan
BAKI, Azərbaycan, 7 iyun. Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq var, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib "Dediyim kimi, biz Avropa İttifaqı ilə Gürcüstan, eləcə də ABŞ və Gürcüstan arasında barışıqda maraqlıyıq. Bu, bizim mövqeyimizdir. Lakin bu prosesdən as

BAKI, Azərbaycan, 7 iyun. Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq var, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib "Dediyim kimi, biz Avropa İttifaqı ilə Gürcüstan, eləcə də ABŞ və Gürcüstan arasında barışıqda maraqlıyıq. Bu, bizim mövqeyimizdir. Lakin bu prosesdən asılı olmayaraq, Gürcüstanla əməkdaşlığımız və əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Gürcüstan qardaş ölkədir və bizim strateji tərəfdaşlığımız var. Heç şübhəsiz, biz bundan sonra da əlaqələrimizi möhkəmləndirəcək və genişləndirəcəyik", - o deyib


