Argentinada Maradonanın ölümü ilə bağlı işdə iki həkim hakim qarşısına çıxıb
Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona-nın ölümü ilə bağlı davam edən məhkəmə prosesində ifadə verən iki həkim Maradonanın ölümündən bir müddət əvvəl yüksək təzyiq dərmanlarını dayandırdığını iddia edib Paytaxt Buenos-Ayresdəki San İsidro Cinayət Məhkəməsində keçirilən iclasda Marado
Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona-nın ölümü ilə bağlı davam edən məhkəmə prosesində ifadə verən iki həkim Maradonanın ölümündən bir müddət əvvəl yüksək təzyiq dərmanlarını dayandırdığını iddia edib Paytaxt Buenos-Ayresdəki San İsidro Cinayət Məhkəməsində keçirilən iclasda Maradonanı özəl klinikalardan birində müalicə edən iki həkim əfsanəvi futbolçunun son sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib Həkimlər Maradonanın ölümündən bir müddət əvvəl yüksək təzyiq dərmanlarından istifadəni dayandırdığını iddia edərək, ciddi ürək xəstəlikləri olan keçmiş futbolçunun səhhətinin bu səbəbdən pisləşə biləcəyini bildiriblər İstintaqı aparan prokurorluq Maradonanın keçmişdən qalmış ürək xəstəlikləri və müxtəlif patologiyalarının olduğunu, lakin işdə müttəhim qismində mühakimə olunan həkim qrupunun bu vəziyyəti kifayət qədər nəzərə almadığını iddia edir Kardioloq Oskar Franko açıqlamasında 2020-ci il sentyabrın 2-də La Platadakı özəl İpensa klinikasında müalicə aldığı Maradonanın o zaman yüksək təzyiq dərmanı Losartandan istifadə etdiyini bildirib Franko qeyd edib ki, yüksək təzyiqə qarşı dərmanların dayandırılması damar sisteminin və ürək əzələsinin pisləşməsinə gətirib çıxara bilər ki, bu da ürək çatışmazlığı riskini artırır 2 Noyabr 2020-ci il tarixində Maradonanı eyni klinikada müayinə edən daxili xəstəliklər mütəxəssisi Markos Korrea ulduz futbolçunun istifadə etdiyi dərmanları qeydə alarkən üç fərqli psixiatrik dərman aşkarladığını, lakin yüksək təzyiq üçün istifadə edilən dərman tapmadığını bildirib Argentinada davam edən məhkəmə prosesi Maradonanın ölümünün qarşısını almaq mümkün olub-olmaması məsələsinə yönəlib Prokurorluq iddia edir ki, evdə aparılan müalicə qeyri-adekvat olub, müntəzəm tibbi müayinələr aparılmayıb, Maradonanın səhhəti pisləşsə də, lazımi müdaxilələr vaxtında aparılmayıb Prokuror həmçinin iddia edir ki, Maradonanın həkim komandası əfsanəvi futbolçuya lazımi tibbi yardım göstərməyib və onu “taleyin ümidinə buraxıb” Bu çərçivədə 7 səhiyyə işçisi, o cümlədən neyrocərrah Leopoldo Luque, psixiatr Agustina Cosachov, tibb bacıları və sağlamlıq koordinatorları mühakimə olunur Maradonanın ölümündən sonra istintaq açılıb və əfsanəvi futbolçunun ölümünə səbəb olmaqda Maradonanın neyrocərrahı Leopoldo Luke və psixiatr Aqustina Kosaçov da daxil olmaqla 7 şübhəli ittiham edilib Futbol tarixinin ən yaxşı oyunçularından biri olan Maradona 25 noyabr 2020-ci ildə Argentinanın Buenos-Ayres əyalətinin Tiqre şəhərində "xroniki ürək çatışmazlığı səbəbindən kəskin ağciyər ödemi" səbəbindən vəfat edib

