Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
Qarşıda bizi təxminən 40 gün davam edəcək böyük futbol bayramı gözləyir. Düzdür, vaxt fərqinə görə müəyyən narahatlıqlar yarana bilər. ABŞ qitəsində keçirilən oyunların bəziləri bizdə gec saatlara təsadüf edəcək. Amma dünya çempionatı futbolun elitasıdır, bu idman növünün ən yüksək zirvəsidir. Burad

Qarşıda bizi təxminən 40 gün davam edəcək böyük futbol bayramı gözləyir. Düzdür, vaxt fərqinə görə müəyyən narahatlıqlar yarana bilər. ABŞ qitəsində keçirilən oyunların bəziləri bizdə gec saatlara təsadüf edəcək. Amma dünya çempionatı futbolun elitasıdır, bu idman növünün ən yüksək zirvəsidir. Burada iştirak etmək hər bir milli komanda, futbolçu və futbolsevər üçün böyük stimuldur Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov bu gün start götürəcək dünya çempionatı ilə bağlı danışarkən deyib Mütəxəssis açılış qarşılaşması ilə bağlı fikirlərini bölüşüb: “Meksika – Cənubi Afrika oyunu ilə bağlı dəqiq proqnoz vermək çətindir. İlk turlar olduğu üçün komandaların hazırkı durumunu tam qiymətləndirmək mümkün deyil. Məncə, tərəflər təxminən eyni səviyyədədirlər. Meksikanın müəyyən üstünlüyü var və onları cüzi favorit hesab etmək olar. Bununla belə, ilk oyunlarda komandalar adətən risk etmədikləri üçün heç-heçə ehtimalını da yüksək qiymətləndirirəm” O, mundialda sürpriz nəticələrin də mümkün olacağını bildirib: “Artıq futbol elə bir mərhələyə gəlib çatıb ki, dünyanın hər yerində inkişaf edir. Kiçik ölkələrin milliləri də böyük turnirlərdə uğurlu çıxış edə bilirlər. Bu baxımdan ilk dəfə iştirak edən bəzi komandalar maraq doğurur” A.Əsədov azarkeşlik edəcəyi komandaların adlarını da açıqlayıb: “Özbəkistan bizə yaxın və postsovet məkanını təmsil edən ölkədir. Türkiyə ilə yanaşı, bu komandaya da xüsusi rəğbət bəsləyirəm və onların uğurlarına sevinəcəyəm. Lakin turnirin əsas favoriti kimi Portuqaliya millisini görürəm” Qeyd edək ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


