“Manas” teatrında Almaz Ukuyevin memarlıq layihələri təqdim olunub
“Mədəniyyət” (AKİpress) – Qırğızıstanın “Manas” Milli Teatrında heykəltəraş və rəssam-dizayner Almaz Ukuevin memarlıq layihələrindən ibarət sərgisi keçirilib. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Tədbirdə onun milli dəyərləri, tarixi irsi və müasir memarlıq həllərin

“Mədəniyyət” (AKİpress) – Qırğızıstanın “Manas” Milli Teatrında heykəltəraş və rəssam-dizayner Almaz Ukuevin memarlıq layihələrindən ibarət sərgisi keçirilib. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Tədbirdə onun milli dəyərləri, tarixi irsi və müasir memarlıq həllərini özündə birləşdirən “Manas qalası” və “Manas qapısı” adlı əsərləri təqdim olunub Sərginin əsas məqsədi “Manas Tower” layihəsinin konsepsiyasını ictimaiyyətə geniş şəkildə təqdim etmək, eləcə də memarlıq bədii təfəkkürü ilə qırğız xalqının mənəvi irsinin əhəmiyyətini tərənnüm etməkdir Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, yaradıcı ictimaiyyətin nümayəndələri, memarlar və sənət biliciləri iştirak edib, müəllifin əsərləri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar


