Argentinalı futbolçuya verilən diskvalifikasiya cəzası FIFA turnirlərinə də şamil edilib
Portuqaliyanın “Benfika” klubunun argentinalı futbolçusu Canluka Prestianni dünya çempionatı üçün yığmaya çağırılsa, mundialın ilk iki oyununu buraxacaq AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin Çempionlar Liqasının pley-off mərhələsində İspaniyanın “Real Madrid” koma

Portuqaliyanın “Benfika” klubunun argentinalı futbolçusu Canluka Prestianni dünya çempionatı üçün yığmaya çağırılsa, mundialın ilk iki oyununu buraxacaq AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin Çempionlar Liqasının pley-off mərhələsində İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Juniora qarşı irqçi davranışı səbəb olub O, daha əvvəl UEFA tərəfindən altı oyunluq diskvalifikasiyaya məruz qalıb. Cəzanın 3 oyunu şərti tətbiq edilib. Lakin FIFA UEFA-nın bu sanksiyanın yalnız avrokubok matçları ilə məhdudlaşmaması barədə müraciətindən sonra Prestianniyə tətbiq olunan qərarı öz bayrağı altında keçirilən turnirlərə də şamil edib Xatırladaq ki, insident fevral ayında baş verib. Prestianni Vinisius Junioru “meymun” adlandıraraq təhqir edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


