Argentinada bir evdən 38 ton zibil çıxdı
Kordoba vilayətinin Baiya-Blanka şəhərindəki şəxsi həyət evlərinin birində maraqlı hadisə yaşanıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, təmizlik işçiləri həyətyanı sahədən və mənzildən 38 ton zibil çıxarıblar Hər şey qonşuların pis qoxu və müxtəlif heyvanların, əsas da gəmiricilərin çoxalm

Kordoba vilayətinin Baiya-Blanka şəhərindəki şəxsi həyət evlərinin birində maraqlı hadisə yaşanıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, təmizlik işçiləri həyətyanı sahədən və mənzildən 38 ton zibil çıxarıblar Hər şey qonşuların pis qoxu və müxtəlif heyvanların, əsas da gəmiricilərin çoxalması üzündən çoxsaylı şikayətlərindən sonra başlayıb. Belə ki, ev sahibinə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir reaksiya verməyib. Bu üzdən işə məhkəmə qarışıb və zibilin təmizlənməsi barədə qərar qəbul edib Evdə hər "növ" tullantı aşkarlanıb. Köhnə mebel, plastik qablar, pal-paltar, məişət texnikası, ərzaq qalıqları və s. Hətta həyətyanı sahəni ot-alaf basıbmış Sadalananların hamısını təmizləmək üçün 4 gün vaxt lazım olub. Ümumilikdə ərazidən 4 yük maşını zibil çıxarılıb Qeyd edək ki, ev sahibini indi pul cəriməsi gözləyir. Bundan başqa çəkilən xərcləri də ödəməlidir. O, hətta ətraf mühiti çirkləndirdiyi üçün həbs də oluna bilər


