Arda və Kənan siyahıda! Onlar dünya çempionatında öz izlərini qoyacaqlar
2026 FIFA Dünya Kuboku yaxınlaşdıqca, gənc ulduzlar artıq turnirin ən çox danışılan adları sırasındadır. ABŞ-ın aparıcı idman media qurumlarından biri olan ESPN dünya çempionatında çıxış edəcək 21 yaşa qədər ən yaxşı futbolçuları sıralayarkən, Türkiyədən iki ad bu siyahıya daxil olmağı bacarıb ESP

2026 FIFA Dünya Kuboku yaxınlaşdıqca, gənc ulduzlar artıq turnirin ən çox danışılan adları sırasındadır. ABŞ-ın aparıcı idman media qurumlarından biri olan ESPN dünya çempionatında çıxış edəcək 21 yaşa qədər ən yaxşı futbolçuları sıralayarkən, Türkiyədən iki ad bu siyahıya daxil olmağı bacarıb ESPN-in hazırladığı xüsusi 10 nəfərlik siyahıda "Real Madrid"də çıxış edən Arda Gülər və "Yuventus"un ulduzu Kənan Yıldız yer tapıb. İki milli futbolçunun dünyanın ən istedadlı gənc futbolçuları sırasında yer alması türk futbolunda həyəcan yaradıb Milli Futbol Komandasının Dünya Kuboku heyətində Arda Gülər və Kənan Yıldızdan başqa, Frankfurt “Ayntraxt”ında çıxış edən Can Uzun da yer alacaq. Üç gənc futbolçu Türkiyənin dünya çempionatı səyahətində mühüm rol oynamağa hazırlaşır "Barselona"nın gənc ulduzu Lamine Yamal ESPN-in reytinqində birinci yerdə qərarlaşıb. Siyahıda Arda Gülər, Kənan Yıldız, Joao Neves, Pau Cubarsi, Nico Paz, Desire Doue və Warren Zaire-Emery kimi Avropa futbolunun perspektivli adları da var 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kuboku gənc ulduzların özlərini dünyaya tanıtmaları üçün əhəmiyyətli bir fürsət olacaq. Arda Gülər və Kənan Yıldız da ifaları ilə Türkiyənin ən böyük kozırlarından sayılırlar

