Arda Turanla Donetsk "Şaxtyor"u tur şanslarını çətinliyə salıb
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Kristal Pelas"a 3:1 hesabı ilə uduzaraq, tura vəsiqə şanslarını çətinləşdirib Arda Turanın idarə etdiyi "Şaxtyor Donetsk" UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunun

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Kristal Pelas"a 3:1 hesabı ilə uduzaraq, tura vəsiqə şanslarını çətinləşdirib Arda Turanın idarə etdiyi "Şaxtyor Donetsk" UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda Premyer Liqa təmsilçisi "Kristal Pelas"ı qəbul edib. Matçın 22-ci saniyəsində İngiltərə yığması İsmayıla Sarrın qolu ilə 1-0 önə keçib və ilk hissə bu hesabla başa çatıb. İkinci hissəyə sürətli başlayan Ukrayna yığması Oleh Oçeretkonun qolu ilə hesabı bərabərləşdirib. “Kristal Pelas” 58-ci dəqiqədə Daiçi Kamadanın qolu ilə yenidən hesabda önə keçib. 84-cü dəqiqədə ingilislər Jorgen Strand Larsenin qola imza atması ilə hesabı 3-1-ə çatdırıb. Sonrakı mərhələlərdə artıq qol olmadığı üçün “Kristal Pelas” evə 3:1 hesablı üstünlüklə qayıdıb Gecənin digər oyununda İspaniyanın "Rayo Valyekano" komandası Fransa təmsilçisi "RC Strasburq"u 1:0 hesabı ilə məğlub edib. İspaniya yığmasına qələbə gətirən qolu 54-cü dəqiqədə Aleksandr Zuravski vurub. 1/4 finala vəsiqə qazanacaq komandalar mayın 7-də keçiriləcək cavab görüşlərindən sonra müəyyənləşəcək. - İSTANBUL


