Arda Turandan "Qalatasaray"ın baş məşqçisi olması ilə bağlı partlayıcı sözlər
"Qalatasaray"da texniki direktor vəzifəsi üçün adı gündəmdə olan Arda Turan bu məsələyə aydınlıq gətirib. Gənc çalışdırıcının verdiyi cavab diqqət çəkib Sarı-qırmızılı klubun keçmiş futbolçusu Arda Turan son zamanlar "Qalatasaray"ın baş məşqçi postu üçün ən çox danışılan adlar sırasında olub. Ukray

"Qalatasaray"da texniki direktor vəzifəsi üçün adı gündəmdə olan Arda Turan bu məsələyə aydınlıq gətirib. Gənc çalışdırıcının verdiyi cavab diqqət çəkib Sarı-qırmızılı klubun keçmiş futbolçusu Arda Turan son zamanlar "Qalatasaray"ın baş məşqçi postu üçün ən çox danışılan adlar sırasında olub. Ukraynanın “Şaxtyor Donetsk” komandası ilə uğurlu mövsüm keçirən “Turan”ın çıxışı bu iddiaları gücləndirib İdman şərhçisi Sinan Engin Assist Analysis proqramında verdiyi açıqlamada Arda Turanla bu məsələni müzakirə etdiyini bildirib və aldığı cavabı paylaşıb Arda Turanın məşqçi olma ehtimalı ilə bağlı Engin, "Hazırda pozitiv deyil. Avropada görəcəyi işləri olduğunu deyir. "Qalatasaray"ın başında Okan Buruk kimi uğurlu məşqçinin olduğunu da vurğulayır" Arda Turanın "Qalatasaray"ın məşqçisi var. Okan qardaş çox uğurludur. Daha bir neçə ilim var" deyərək hazırkı çalışdırıcı Okan Buruku dəstəklədiyi bildirilib Açıqlamalarda Arda Turanın qarşıdakı illərdə "Qalatasaray" üçün bir variant ola biləcəyi qiymətləndirilərkən, onun hələlik karyerasını Avropada davam etdirmək istədiyi bildirilib


