Arda Turan son matçında böyük şok yaşadı
Ukrayna Premyer Liqasında çempionluğunu elan edən Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" mövsümün son oyununda sürpriz məğlubiyyətlə üzləşib Ukrayna Premyer Liqasının 30-cu və son həftəsində Donetsk “Şaxtyor”u doğma meydanda “Kolos”la üz-üzə gəlib. Qonaq komanda Kolos 1-0 hesabı ilə qalib

Ukrayna Premyer Liqasında çempionluğunu elan edən Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" mövsümün son oyununda sürpriz məğlubiyyətlə üzləşib Ukrayna Premyer Liqasının 30-cu və son həftəsində Donetsk “Şaxtyor”u doğma meydanda “Kolos”la üz-üzə gəlib. Qonaq komanda Kolos 1-0 hesabı ilə qalib gəlib Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 49-cu dəqiqədə Kolosa qələbə qazandıran qolu Ardit Tahiri vurub. Qalan dəqiqələrdə başqa qol olmadığından “Şaxtyor” meydanı məğlubiyyətlə tərk edib Bu nəticə ilə Arda Turanın komandası liqada ikinci məğlubiyyətini alıb. Donetsk “Şaxtyor”unun 21 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Ukrayna komandası liqada sonuncu məğlubiyyətini 2025-ci il oktyabrın 5-də LNZ Cherkasıya qarşı keçirib Arda Turanın idarə etdiyi "Şaxtyor Donetsk" mövsümü 22 qələbə, 6 heç-heçə və 2 məğlubiyyətlə başa vurub. Xalı 72-yə çatan “Şaxtyor” mövsümü çempion kimi başa vurub Matçın diqqət çəkən detallarından biri Taras Stepanenko olub. “Kolos”da çıxış edən “Şaxtyor” və “Eyüpspor”un sabiq futbolçusu 60-cı dəqiqədə oyunu tərk edərək peşəkar futbolçu karyerasına son qoyub


