Arda Turan yeni mövsümdə çalışdıracağı komandanı rəsmən açıqlayıb
Arda Turanın rəhbərlik etdiyi Donetsk "Şaxtyor"u Ukrayna Premyer Liqasında çempionluq qazanaraq tarixi uğura imza atıb. Avropada komanda çempionu edən ilk türk məşqçi Arda Turan matçdan sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib Ukrayna Premyer Liqasında "SK Poltava"nı 4:0 hesabı ilə m

Arda Turanın rəhbərlik etdiyi Donetsk "Şaxtyor"u Ukrayna Premyer Liqasında çempionluq qazanaraq tarixi uğura imza atıb. Avropada komanda çempionu edən ilk türk məşqçi Arda Turan matçdan sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib Ukrayna Premyer Liqasında "SK Poltava"nı 4:0 hesabı ilə məğlub edən Donetsk "Şaxtyor"u 3 həftə qalmış çempionluğunu elan edib. Qarşılaşmadan sonra çox sevinən Arda Turan və tələbələri tarixi uğuru qeyd ediblər Arda Turan çempionluğu ilə bir komandanı Avropada liqa çempionu edən ilk türk məşqçi kimi tarixə düşdü. Uğurlu məşqçinin çıxışı Ukrayna mətbuatında da geniş əks-səda doğurub Ukrayna mətbuatının verdiyi xəbərə görə, Arda Turan çempionatdan sonra təşkil edilən mətbuat konfransında gələcəyi ilə bağlı suala dəqiq cavab verib Jurnalist “Ümid edirəm ki, gələn mövsüm də “Şaxtyor”da qalarsan?” deyə soruşdu. Arda Turanın suala “Əlbəttə” cavabı verdiyi bildirilib. Bu açıqlama ilə gənc çalışdırıcının yeni mövsümdə Donetsk "Şaxtyor"una başçılıq edəcəyi bəlli olub

