Araqçı Türkiyə və Səudiyyənin XİN başçılarına zəng etdi
İranın xarici işlər naziri Abbas Araqçı Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığı aparıb. Modern.az İRNA-ya istinadən xəbər verir ki, Araqçı nazirlərlə danışıqlarda ABŞ-ın İrana hərbi hücumunu, eləcə də İranın milli suverenliyi və ərazi bütövlüyünün pozulmasını pi

İranın xarici işlər naziri Abbas Araqçı Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığı aparıb. Modern.az İRNA-ya istinadən xəbər verir ki, Araqçı nazirlərlə danışıqlarda ABŞ-ın İrana hərbi hücumunu, eləcə də İranın milli suverenliyi və ərazi bütövlüyünün pozulmasını pisləyərək, ölkənin silahlı qüvvələrinin qarşılıqlı cavab verməsi üçün qanuni özünümüdafiə hüququna malik olduğunu vurğulayıb Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud Araqçı ilə söhbət əsnasında ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi hücumlardan sonra regionda yaranmış vəziyyəti müzakirə ediblər


