Tenqri
Ana Səhifə
Dünya

Aralıq dənizindəki köpəkbalıqları sənaye çirklənməsinin göstəricisinə çevrilib - tədqiqat

İsrailin Hayfa Universitetinin alimləri Aralıq dənizində yaşayan köpəkbalıqlarının qanında yüksək səviyyədə sənaye çirkləndiriciləri və nadir torpaq elementləri aşkar ediblər AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma Hadera elektrik stansiyası yaxınlığında

0 baxışazertag.az
Aralıq dənizindəki köpəkbalıqları sənaye çirklənməsinin göstəricisinə çevrilib - tədqiqat
Paylaş:

İsrailin Hayfa Universitetinin alimləri Aralıq dənizində yaşayan köpəkbalıqlarının qanında yüksək səviyyədə sənaye çirkləndiriciləri və nadir torpaq elementləri aşkar ediblər AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma Hadera elektrik stansiyası yaxınlığında toplaşan 27 köpəkbalığının qan nümunələri əsasında aparılıb. Tədqiqatın rəhbəri doktor Denni Morik bildirib ki, analizlər zamanı nümunələrdə arsen, civə və qurğuşun kimi ağır metallar müəyyən edilib. Onun sözlərinə görə, köpəkbalıqları uzunömürlü və qida zəncirinin yuxarı hissəsində yerləşdiyi üçün dənizdəki çirklənmənin bioindikatoru hesab olunur Araşdırma zamanı, həmçinin günəş panelləri, batareyalar və LED texnologiyalarında istifadə olunan nadir torpaq elementləri də aşkarlanıb. Alimlər bu maddələrin dəniz ekosisteminə təsirinin hələ tam öyrənilmədiyini bildiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler