Tenqri
Ana Səhifə
Dünya

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və bu sahənin inkişafı istiqamətində nəzərdə tutulan layihələr aqrar iqtisadiyyatın uzunmüddətli inkişaf modelinin əsas tərkib hissələrindən biridir. Aqrar iqtisadiyyatın inkişafı, yeni dövlət proqramlarının v

0 baxışazertag.az
Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH
Paylaş:

Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və bu sahənin inkişafı istiqamətində nəzərdə tutulan layihələr aqrar iqtisadiyyatın uzunmüddətli inkişaf modelinin əsas tərkib hissələrindən biridir. Aqrar iqtisadiyyatın inkişafı, yeni dövlət proqramlarının və layihələrin icrası bütövlükdə ölkə iqtisadiyyatının modernləşdirilməsinə xidmət edəcək Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib Ekspert qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır: “Qlobal iqtisadi proseslər və enerji bazarlarındakı dəyişikliklər neft gəlirlərinə təsir göstərir. Eyni zamanda, dünyada ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çağırışlar güclənir. Belə bir şəraitdə aqrar sektorun inkişafı, istehsalın artırılması və ölkənin idxaldan asılılığının azaldılması mühüm əhəmiyyət daşıyır” G.Hüseynovanın sözlərinə görə, əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, Azərbaycan məhsullarının beynəlxalq bazarlarda keyfiyyəti ilə tanınmasına nail olmaqdır “Made in Azerbaijan” brendi altında təqdim olunan məhsullar, ilk növbədə, keyfiyyət göstəricilərinə görə rəqabətqabiliyyətli olmalıdır. Əvvəlki dövrlərdə qiymət amili daha çox ön plana çıxırdısa, hazırda istehlakçı üçün əsas meyar keyfiyyətdir. Daxili bazarda yerli məhsula inam yüksəkdir və keyfiyyət çox vaxt qiymət faktorunu üstələyir. Xarici bazarlarda isə məhsulun uğurunda ölkənin nüfuzu, iqtisadi potensialı və keyfiyyət göstəriciləri həlledici rol oynayır”, – deyə o bildirib Ekspert müşavirədə xüsusi vurğulanan texnoloji aqrar iqtisadiyyat, kənd yerlərində sosial rifahın yüksəldilməsi və regionların balanslı inkişafı məsələlərinin sektorun əsas problemlərini əhatə etdiyini diqqətə çatdırıb: “Prezidentin vurğuladığı bu istiqamətlər aqrar iqtisadiyyatın inkişafının əsas şərtləridir. Kənd təsərrüfatında texnologiya və innovasiyaların tətbiqi olmadan yüksək məhsuldarlıq və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Müasir texnologiyalarla təchiz olunmuş kənd təsərrüfatı həm istehsalın səmərəliliyini artırır, həm də bu sahəni insanlar üçün daha cəlbedici edir. Bu isə nəticə etibarilə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və iqtisadi gəlirlərin artmasına şərait yaradır” İqtisadçı hesab edir ki, gələcəkdə ev təsərrüfatlarının və fərdi istehsalın genişlənməsi fonunda Azərbaycanda orqanik kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üçün əlverişli imkanlar formalaşa bilər: “Bir çox ölkə kənd təsərrüfatı sahəsində inkişaf etsə də, Geni Modifikasiya Olunmuş (GMO) məhsulların payı yüksəkdir. Dünyada keyfiyyətli və orqanik məhsul istehsal edən ölkələrin sayı isə məhduddur. Düşünürəm ki, Azərbaycan məhz orqanik kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşaraq aqrar iqtisadiyyatın inkişafında yeni üstünlüklər əldə edə bilər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler