Tenqri
Ana Səhifə
Dünya

Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB

İyunun 12-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu ill

0 baxışapa.az
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Paylaş:

İyunun 12-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib. Tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələri, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Kəlbəcər və Laçın rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə keçirilmiş müşavirədə müzakirə olunan məsələlər barədə danışıb, həmçinin yeni Dövlət Proqramının qarşıya qoyduğu əsas hədəflər haqqında iştirakçılara ətraflı məlumat verib. Xüsusi nümayəndə qeyd edib ki, proqram aqrar sahədə məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yerli istehsalın inkişafına xidmət edir. Daha sonra Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə əldə olunmuş nəticələr, mövcud çağırışlar və qarşıdakı dövr üçün müəyyən edilmiş inkişaf hədəfləri barədə məlumat verib. Nazir qeyd edib ki, Dövlət Proqramı çərçivəsində məhsuldarlığın artırılması, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, balıqçılıq və akvakulturanın inkişafı, eləcə də aqrar xidmətlərin tam rəqəmsallaşdırılması nəzərdə tutulur. Həmçinin nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar layihələr, yaradılan aqroparklar və kənd təsərrüfatı istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Sonra tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”nın vizual təqdimatını keçirib. Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov su ehtiyatlarından səmərəli istifadənin, müasir suvarma sistemlərinin tətbiqinin və meliorasiya infrastrukturunun inkişafının aqrar sahənin dayanıqlı inkişafında mühüm əhəmiyyəti barədə danışıb. O, bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələri və kənd təsərrüfatının su təminatının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı üçün yaradılan infrastruktur, mövcud investisiya imkanları və regionun kənd təsərrüfatı potensialı barədə məlumat verib. Xüsusi nümayəndə bildirib ki, əsas məqsəd bu ərazilərdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar istehsalın formalaşdırılması, eləcə də özəl investisiyaların cəlb edilməsidir. O, aqroparkların və emal müəssisələrinin yaradılmasının, logistika imkanlarının genişləndirilməsinin və özəl sektorun fəal iştirakının bu hədəflərə nail olunmasında mühüm rol oynadığını bildirib. Müzakirələr zamanı aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarlardan Səfər Sadıxov, Nicat Məmmədov və Həsən Əliyev çıxış edərək təmsil etdikləri müəssisələrdə həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə məlumat veriblər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, yaradılmış əlverişli investisiya mühitinin kənd təsərrüfatının inkişafına mühüm töhfə verdiyini bildiriblər. Həmçinin sahibkarlar Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin yeni istehsal sahələrinin yaradılmasına, mövcud təsərrüfatların genişləndirilməsinə və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına əlavə stimul verəcəyini qeyd ediblər. Müşavirənin yekununda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının bütün aidiyyəti qurumların, sahibkarların və fermerlərin birgə səylərindən asılı olduğunu bildirib. Xüsusi nümayəndə cənab Prezidentin aqrar sahədə fəaliyyət göstərən sahibkarlara ünvanladığı çağırışları diqqətə çatdıraraq, ölkəyə idxal olunan məhsulların yerli istehsal hesabına əvəzlənməsi, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və Dövlət Proqramının icrasında özəl sektorun fəal iştirakının təmin edilməsinin əsas vəzifələrdən olduğunu qeyd edib. O, həmçinin proqramdan irəli gələn tapşırıqların icrasına vaxt itirmədən başlanılmasının və bütün tərəflərin bu prosesə fəal qoşulmasının vacibliyini vurğulayıb Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 25 may 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş və səmərəli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov, Laçın rayonunda xüsusi nümayəndə Məsim Məmmədov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndənin müavini Səbuhi Qəhrəmanov, Kəlbəcər rayonunda xüsusi nümayəndə Bəşir Hacıyev, həmçinin Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Kəlbəcər və Laçın rayonlarından fermer və sahibkarlar iştirak edirlər

Kaynak: apa.az

Diğer Haberler