Tenqri
Ana Səhifə
Dünya

Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib- FOTO - YENİLƏNİB

İyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövl

0 baxışapa.az
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib- FOTO - YENİLƏNİB
Paylaş:

İyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyatı dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib APA-nın Şirvan bürosu xəbər verir ki, Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulayıb Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib O, 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılmasının, bu məqsədlə avadanlıqların dəyərinin 40 faizinin güzəşt hesabına, 40-50 faizinin isə kredit faiz subsidiyası mexanizmi vasitəsilə dəstəklənəcəyini diqqətə çatdırıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. O, regionda 53,5 min hektardan çox suvarılan sahənin mövcud olduğunu, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü bildirib. İlham Bayramov qeyd edib ki, həyata keçirilən strateji layihələr, xüsusilə Şirvan suvarma kanalının tikintisi, regionda kənd təsərrüfatı istehsalının genişlənməsinə, su təminatının yaxşılaşdırılmasına və Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verəcəkdir. O qeyd edib ki, layihə çərçivəsində respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ildə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. İlham Bayramov vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas istiqamətlərindən biri müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir Daha sonra çıxış edən “Ağsu Aqropark” QSC-nin baş direktoru Atabala İsayev və “Şirvan Aqro” MMC-nin direktor müavini Kamran Süleymanov rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat vermişlər. Onlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Çıxış edənlər region fermerləri adından Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə fəal dəstək göstərəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqlarını vurğulayıblar Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş çevik və sistemli fəaliyyəti, eləcə də özəl sektorun fəal iştirakı ilə mümkün olacağını qeyd etmiş, fermerləri və sahibkarları ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırıb Qeyd edilib ki, Dövlət Proqramının icrası Dağlıq Şirvan iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək Azərbaycan Prezidentinin 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir APA xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, fermerlər, sahibkarların qatıldığı tədbirdə su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı, logistika imkanlarının genişləndirilməsi və fermerlərə göstərilən dəstək mexanizmləri müzakirə olunur Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov müşavirədə çıxış edib. O, qeyd olunan dövrdə aqrar sahəyə dövlət dəstəyinin artırıldığını vurğulayıb. Qeyd edib ki, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb Bildirilib ki, Prezidentin tapşırığına uyğun olaraq, 32 rayonda 52 aqropark yaradılıb. Bu, sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib

Kaynak: apa.az

Diğer Haberler