Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində ölkədə sağlam inkişaf prosesləri başlandı, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi təmin edildi AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı “Qurtuluş məfkurəsi: Xilaskarlıq

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində ölkədə sağlam inkişaf prosesləri başlandı, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi təmin edildi AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbirdə çıxış edərək söyləyib O bildirib ki, Azərbaycanın qurtuluş fəlsəfəsinin əsas mahiyyəti dövlətçiliyimizin qorunması və gələcək inkişafının təmin olunması idi. Məhz bu səbəbdən Milli Qurtuluş Günü Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir və hər zaman böyük ehtiramla qeyd olunur “Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəetmə sistemi təkmilləşdirildi, demokratik təsisatların inkişafı üçün geniş imkanlar yaradıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin gələcək inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi”, - deyə teatr rəhbəri vurğulayıb A.Bəhramlı əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas və inkişaf yolunun başlanğıcıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


