Çap olunan kitabların heç 60 faizi Milli Kitabxanaya çatmır
Məcburi nüsxələrin sayı 6-7-yə endirilməlidir Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Azərbaycan Milli Kitabxanasının direktoru Tahir Kərimov bildirib Tahir

Məcburi nüsxələrin sayı 6-7-yə endirilməlidir Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Azərbaycan Milli Kitabxanasının direktoru Tahir Kərimov bildirib Tahir Kərimov qeyd edib ki, kitabxana sistemi dövrün tələblərinə uyğun şəkildə yenilənməli, rəqəmsallaşma və elektron xidmətlərin imkanlarından daha geniş istifadə etməlidir. Onun sözlərinə görə, kitabxanalar yalnız oxucunu gözləyən ənənəvi modeldən uzaqlaşaraq müasir informasiya xidmətləri təqdim etməlidirlər "Azərbaycan Milli Kitabxanasının elektron resurslar bazasında 1 milyon 840 mindən artıq material mövcuddur. Lakin region kitabxanalarının və istifadəçilərinin bu resurslardan yararlanma səviyyəsi istənilən həddə deyil" - deyə direkor bildirib Tahir Kərimov kitabxana fondlarının formalaşdırılması ilə bağlı problemlərə də diqqət çəkib "Qanunvericiliyə əsasən nəşriyyatlar çap etdikləri kitabların müəyyən sayda nüsxəsini kitabxanalara təqdim etməlidirlər. Ancaq hazırda ölkədə nəşr olunan kitabların heç 60 faizi Milli Kitabxanaya daxil olmur" Onun sözlərinə görə, mövcud qanunvericilik nəşriyyatların 27 nüsxə məcburi təqdimat verməsini nəzərdə tutur ki, bu da kitabların qiymətinin artdığı şəraitdə bir çox nəşriyyat üçün ciddi yük yaradır "Ölkənin kitabxana sistemi hələ də əsasən sovet dövründə formalaşmış struktur üzrə fəaliyyət göstərir. Kitabxanaların optimallaşdırılması, infrastrukturun yenilənməsi, internet təminatının yaxşılaşdırılması və yeni peşəkar kadrların cəlb edilməsi bu sahənin əsas prioritetləri olmalıdır"


