Şanlıurfada qəbiristanlıqda 21 döl tapıldı: Genişmiqyaslı araşdırma başladıldı
Şanlıurfada qəbiristanlıqda plastik çəlləyin içindən çıxanlar şok effekti yaradıb. Yeni qəbiristanlıqda tapılan çəlləkdə 21 insan dölünün olduğu müəyyən edilib İddiaya görə, qəbiristanlığı ziyarət edən vətəndaşlar zibil atdıqları çəlləkdəki qablara qoyulmuş insan döllərini görüblər. Vəziyyəti bild

Şanlıurfada qəbiristanlıqda plastik çəlləyin içindən çıxanlar şok effekti yaradıb. Yeni qəbiristanlıqda tapılan çəlləkdə 21 insan dölünün olduğu müəyyən edilib İddiaya görə, qəbiristanlığı ziyarət edən vətəndaşlar zibil atdıqları çəlləkdəki qablara qoyulmuş insan döllərini görüblər. Vəziyyəti bildirdikdən sonra hadisə yerinə polis qrupları göndərilib Tapılan döllərdə Şanlıurfa Təhsil və Araşdırma Xəstəxanasına aid etiketlərin olduğu iddia edilib. Polis qrupları, dölləri qəbiristanlığa kimin gətirdiyini və niyə dəfn edilərək kənara buraxılmadığını müəyyən etmək üçün araşdırma başlatdı Düşük və abort nəticəsində öldüyü hesab edilən döllər üçün bölgədə təhlükəsizlik tədbirləri görülüb Tapılan döllər müayinə olunmaq üçün Məhkəmə Tibb İnstitutunun meyitxanasına aparılıb Polis qrupları hadisə ilə bağlı geniş miqyaslı araşdırmanı davam etdirir


