Razılaşma əldə edildi! Ruben Amorim İtaliya nəhənginin başçısı oldu
Mövsümün son həftəsində Çempionlar Liqası vizasını dramatik şəkildə əldən verən İtaliya nəhəngi Milan klubu ayağa qaldıracaq məşqçini tapıb Təcrübəli çalışdırıcı Massimiliano Alleqri ilə yollarını ayıran “qırmızı-qaralar” siyahının ilk pilləsində yer alan portuqaliyalı çalışdırıcı Ruben Amorimlə b

Mövsümün son həftəsində Çempionlar Liqası vizasını dramatik şəkildə əldən verən İtaliya nəhəngi Milan klubu ayağa qaldıracaq məşqçini tapıb Təcrübəli çalışdırıcı Massimiliano Alleqri ilə yollarını ayıran “qırmızı-qaralar” siyahının ilk pilləsində yer alan portuqaliyalı çalışdırıcı Ruben Amorimlə bütün məsələlərdə razılığa gəlib “Mançester Yunayted”lə yollarını ayırdıqdan sonra gələcəyi maraq doğuran 41 yaşlı Ruben Amorimlə aparılan danışıqlar müsbət nəticələnib. Milan rəhbərliyinin gənc çalışdırıcı ilə 2+1 illik müqavilə imzalayacağı bildirilirdi. Portuqaliyalı çalışdırıcının İtaliya komandasından illik 4 milyon avro, o cümlədən bonuslar qazanacağı öyrənilib “Sportinq”dəki uğurlarından sonra böyük ümidlərlə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçən Amorim Premyer Liqada axtardığını tapa bilməyib. İngiltərə nəhənginin baş məşqçisi olduğu 63 rəsmi matçda 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət əldə edən portuqaliyalı çalışdırıcı orta hesabla 1,43 xalla azarkeşlərini məyus edib və “Old Trafford” karyerasını kubok qazanmadan başa vurub Amorim “Mançester Yunayted”də sabitlik tapa bilməsə də, “Sportinq”də çalışdığı müddətdə adından söz etdirməyi bacarıb. Portuqaliya komandasının başında 230 matça çıxan uğurlu məşqçi; O, 164 qələbə, 33 heç-heçə və 33 məğlubiyyətlə hər matçda orta hesabla 2,28 xal toplayıb. Uzun fasilədən sonra "Sportinq"i yenidən zirvəyə daşıyan Amorim burada olduğu müddətdə 2 Portuqaliya Liqası çempionluğu, 2 Portuqaliya Liqa Kuboku və 1 Portuqaliya Super Kuboku qazanıb. Gənc çalışdırıcı əvvəlki komandası “Braqa” ilə də bir dəfə Portuqaliya Liqa Kubokunu qazanıb


