Amerikalıların əksəriyyəti hökumətin UFO-lar haqqında məlumatı gizlətdiyini düşünür
İyunun 2-4-də CBS News kanalının keçirdiyi sorğu ilə ABŞ ictimaiyyətinin "yerdən kənar həyat"la bağlı fikirləri araşdırılıb Müvafiq olaraq, iştirakçıların 63 faizi başqa planetlərdə ağıllı həyat formalarının olduğunu düşünür Respondentlərin 84 faizi federal hökumətin UFO-lar haqqında ictimaiyyət

İyunun 2-4-də CBS News kanalının keçirdiyi sorğu ilə ABŞ ictimaiyyətinin "yerdən kənar həyat"la bağlı fikirləri araşdırılıb Müvafiq olaraq, iştirakçıların 63 faizi başqa planetlərdə ağıllı həyat formalarının olduğunu düşünür Respondentlərin 84 faizi federal hökumətin UFO-lar haqqında ictimaiyyətə təqdim etdiyindən daha çox məlumata malik olduğu fikrini bölüşür, 16 faizi isə hökumətin malik olduğu bütün məlumatları paylaşdığına inanır Bəşəriyyətin yerdən kənar ağıllı canlılarla nə vaxt təmasda olacağı sualına iştirakçıların 21 faizi “artıq əlaqə qurulub”, 46 faizi bunun “gələcəkdə” olacağını, 33 faizi isə “heç vaxt” baş verməyəcəyini bildirib ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mayın 8-də “naməlum uçan obyekt” (UFO) və “naməlum hava fenomeni” (UAP) ilə bağlı yeni sənədlərin ictimaiyyətlə paylaşıldığını açıqlayıb “war.gov/UFO/” saytından əldə oluna bilən sənədlərə onlarla video və görüntülər, habelə mülki şəxslərin və hərbçilərin birinci əl ifadələri, istintaq protokolları və rəsmi hesabatlar daxildir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
