Tenqri
Ana Səhifə
Dünya

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Türkiyənin Ankara şəhərində, Qazi Universitetinin rektorluq binasında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirə keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitet

0 baxışazertag.az
Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib
Paylaş:

Türkiyənin Ankara şəhərində, Qazi Universitetinin rektorluq binasında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirə keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə diplomatlar, mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, ali təhsil ocağının müəllim və tələbələri iştirak ediblər Tədbir Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərin qorunması, inkişafı və dünyaya tanıdılmasının təməlini qoyan, bu sahənin ən böyük hamisi olan Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” videomaterialının nümayişi ilə başlayıb Tədbiri giriş sözü ilə açan Qazi Universitetinin prorektoru Selami Candan əsrlərdən bəri fərqli dinlərə və inanclara mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı Anadolu və Azərbaycanda multikulturalizm ənənələrinin xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. O, təqdimatın əsas mövzusunun “Paylaşılan gələcək üçün dialoq: Parçalanmış dünyada körpülərin qurulması” olduğunu, dövrümüzün üzləşdiyi problemlərin həlli üçün hərtərəfli strateji bir vizyonu əks etdirdiyini bildirib Selami Candan qeyd edib ki, xalqların, ölkələrin və təşkilatların müxtəlifliyi, dialoq və qarşılıqlı anlaşmanı dəstəkləməsi və bunu təbliğ etməsi müasir dünyada aktual missiyadır və bunu Azərbaycan uğurla həyata keçirir “Azərbaycan - mədəniyyətlərarası dialoqa töhfələri, Bakı prosesi” başlıqlı təqdimatla çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbir iştirakçılarına Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan forumun əhəmiyyəti haqqında məruzə edib. O qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platformadır Samir Abbasov multikulturalizm sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, dövlət siyasəti, Heydər Əliyev Fondunun layihələri, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə dair məruzə edib “Azərbaycanın bu gün beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun aparıcı mərkəzi kimi tanınması təsadüfi deyil. Tarix boyu müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olan ölkəmiz qarşılıqlı anlaşma və əməkdaşlıq üçün unikal bir platforma formalaşdırıb. Məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrindən rəhbərlər, nüfuzlu ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, alimlər və dini liderlər mütəmadi olaraq Bakıda bir araya gəlirlər”, – deyə o bildirib Qazi Universitetinin Türk dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Bülent Aksoy paneldə multikulturalizm sahəsində dünya təcrübəsi, Türkiyə və Azərbaycan xalqlarının tarix boyu formalaşan multikulturalizm ənənələrini qeyd edərək, onun xalqlarımızın milli keyfiyyəti olduğunu və bütün dövrlərdə cəmiyyətimizin yaşam tərzini təşkil etdiyini vurğulayıb O, məruzəsində tarix boyu Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi mühüm geosiyasi və mədəni mərkəz olduğunu, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın əsrlər boyu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların görüşdüyü, bir-birini tanıdığı və sülh, qarşılıqlı hörmət içində birlikdə yaşadığı körpü rolunu oynadığını söyləyib Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun rəhbəri Sinan Demirtürk qeyd edib ki, dünyada bəzi ölkələr yalnız coğrafi, bəziləri isə iqtisadi körpüdür. Lakin çox az ölkə eyni vaxtda mədəni, dini, siyasi, iqtisadi və humanitar körpülər qura bilər: “Azərbaycan o dövlətlərdəndir ki, bütün qeyd olunan sahələr üzrə dünya dövlətlərinə əməkdaşlıq, dialoq platformasını təqdim edib. Keçmişdə bu torpaqlardan Böyük İpək Yolu karvanları keçib, bu gün isə Azərbaycan həyata keçirdiyi ticarət-enerji layihələri, dəhlizləri ilə mühüm körpülər qurur” Konfrans çərçivəsində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq, sülh mədəniyyəti və gənclərin qlobal əməkdaşlığın inkişafındakı rolu mövzularında fikir mübadiləsi aparılıb. Həmçinin panel məruzəçiləri ilə sual-cavab sessiyası təşkil olunub, iştirakçılar fikir və təkliflərini bölüşmək imkanı əldə ediblər Qeyd edək ki, oktyabrın 27-dən 29-dək Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler