Tenqri
Ana Səhifə
Siyasət

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair təqdimat keçirilib

Türkiyənin Qazi Universtetində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirə keçirilib "Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətinə həsr olunmuş "Heydər Əliyev və Az

0 baxışreport.az
Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair təqdimat keçirilib
Paylaş:

Türkiyənin Qazi Universtetində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirə keçirilib "Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" videomaterialın nümayişi ilə başlayıb Qazi Universitetinin prorektoru Selami Candan əsrlərdən bəri fərqli dinlərə və inanclara mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı Anadolu və Azərbaycanda multikulturalizm ənənələrinin xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərdiyini bildirib. O, təqdimatın əsas mövzusunun "Paylaşılan gələcək üçün dialoq: Parçalanmış dünyada körpülərin qurulması" olduğunu, dövrün üzləşdiyi problemlərin həlli üçün hərtərəfli strateji bir vizyonu əks etdirdiyini söyləyib Daha sonra tədbir panel müzakirə ilə işini davam etdirib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Azərbaycan - mədəniyyətlərarası dialoqa töhfələri, Bakı prosesi" başlıqlı təqdimatla çıxış edərək deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platformadır: "Azərbaycanın bu gün beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun aparıcı mərkəzi kimi tanınması təsadüfi deyil. Tarix boyu müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olan ölkəmiz qarşılıqlı anlaşma və əməkdaşlıq üçün unikal bir platforma formalaşdırıb. Məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrindən rəhbərlər, nüfuzlu ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, alimlər və dini liderlər mütəmadi olaraq Bakıda bir araya gəlirlər" Qazi Universitetinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Bülent Aksoy paneldə multikulturalizm sahəsində dünya təcrübəsi, Türkiyə və Azərbaycan xalqarının tarix boyu formalaşan multikulturalizm ənənələrini qeyd edərək onun qardaş xalqların milli keyfiyyəti olduğunu və bütün dövrlərdə cəmiyyətin yaşam tərzini təşkil etdiyini vurğulayıb O, tarix boyu Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi mühüm geosiyasi və mədəni mərkəz olduğunu, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın əsrlər boyu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların görüşdüyü, bir-birini tanıdığı və sülh, qarşılıqlı hörmət içində birlikdə yaşadığı körpü rolunu oynadığını söyləyib Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) rəhbəri, politoloq Sinan Demirtürk qeyd edib ki, Azərbaycan bütün sahələr üzrə dünya dövlətlərinə gözəl bir əməkdaşlıq, dialoq platforması təqdim edib: "Keçmişdə bu torpaqlardan Böyük İpək Yolu karvanları keçib, bu gün isə ticarət-enerji layihələri, dəhlizləri ilə mühüm körpülər qurulur" Konfrans çərçivəsində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq, sülh mədəniyyəti və gənclərin qlobal əməkdaşlığın inkişafındakı rolu mövzularında fikir mübadiləsi aparılıb, sual-cavab sessiyası təşkil olunub Qeyd edək ki, oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə baş tutacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler