Sabah Ankarada kritik NATO toplantısı: Prezident Ərdoğan və ABŞ prezidenti Tramp arasında keçiriləcək görüşün gündəmi nə olacaq? | Xarici xəbərlər
ABŞ prezidenti Donald Tramp sabah Türkiyədə keçiriləcək NATO sammiti üçün Ankaraya gələcək. Tramp son açıqlamasında “Prezident Rəcəb Tayyib Ərdoğana sayğım üçün Ankarada keçiriləcək NATO Zirvəsinə gedirəm” deyib. Tramp 17 ildən sonra Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olacaq. Rəsmi səfər çərçiv
ABŞ prezidenti Donald Tramp sabah Türkiyədə keçiriləcək NATO sammiti üçün Ankaraya gələcək. Tramp son açıqlamasında “Prezident Rəcəb Tayyib Ərdoğana sayğım üçün Ankarada keçiriləcək NATO Zirvəsinə gedirəm” deyib. Tramp 17 ildən sonra Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olacaq. Rəsmi səfər çərçivəsində Türkiyəyə gələn sonuncu ABŞ prezidenti 2009-cu ildə Barak Obama olub İyulun 7-də (sabah) saat 14.15 radələrində Ankaraya gəlməsi planlaşdırılan Trampın prezident Ərdoğan tərəfindən qarşılanacağı gözlənilir. Rəsmi qarşılanma mərasimindən sonra iki liderin təkbətək görüşü olacaq Cənab Rəcəb Tayyib Ərdoğanın dəvətinə cavab olaraq Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı il iyulun 7-də ölkəmizə rəsmi səfər edəcək. Ankarada keçiriləcək görüşlər zamanı iki yaxın müttəfiq və strateji tərəfdaş olan Türkiyə və ABŞ Görüşlə bağlı açıqlama verən Kommunikasiyalar Direktoru Burhanəddin Duran Ankarada keçiriləcək görüşlərdə iki yaxın müttəfiq və strateji tərəfdaş olan Türkiyə ilə ABŞ arasındakı münasibətlərin müdafiə, ticarət və investisiyalar daxil olmaqla bütün istiqamətlərdə nəzərdən keçiriləcəyini və mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə ediləcəyini bildirib Duran bildirib ki, görüşlər zamanı qlobal və regional hadisələrlə bağlı da fikir mübadiləsi aparılacaq İki lider arasındakı görüşün əsas gündəminin Türkiyə-ABŞ əlaqələri, F-35, KAAN döyüş təyyarəsi mühərrikləri, Suriya, İran, Qəzza və müdafiə sənayesi kimi mövzuların olacağı gözlənilir ABŞ mətbuatında çıxan xəbərlərdə ABŞ rəhbərliyinin Türkiyənin yerli KAAN döyüş təyyarələrində istifadə ediləcək F110 mühərriklərinin Türkiyəyə satışına icazə verməyi planlaşdırdığı yazılıb


