Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
Andoni İraola İngiltərənin "Liverpul" klubunun baş məşqçisi vəzifəsində Arne Slotu əvəz edib "Report"un məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir "2026-27-ci illər mövsümündə klubun baş məşqçisi vəzifəsini icra etmək üçün Andoni İraola i

Andoni İraola İngiltərənin "Liverpul" klubunun baş məşqçisi vəzifəsində Arne Slotu əvəz edib "Report"un məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir "2026-27-ci illər mövsümündə klubun baş məşqçisi vəzifəsini icra etmək üçün Andoni İraola ilə razılaşmanı təsdiqləyə bilərik", - açıqlamada deyilir "Sky Sports"un məlumatına görə, təyinat ispaniyalı mütəxəssisin ötən mövsüm "Bornmut"u tarixində Premyer Liqada ən yaxşı nəticəsini əldə etməsindən sonra baş tutub Xatırladaq ki, Arne Slot mayın 30-da "Liverpul" rəhbərliyi tərəfindən vəzifəsindən çıxarılıb. O, iki il əvvəl Yurgen Kloppun yerinə keçib və "qırmızılar"ı ilk mövsümündə Premyer Liqa tituluna aparıb Lakin "Liverpul"un ikinci mövsümdə heyətə böyük investisiya qoymasına baxmayaraq, komandanın Slotun rəhbərliyi altında zəif oyun göstərməsi Mersisayd klubunu sükan arxasında dəyişikliyə vadar edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


