Tenqri
Ana Səhifə
Dünya

Anar və Bruno Şults yaradıcılığında “Atalıq fiquru”: müqayisəli təhlil

Polşanın Lublin şəhərindəki Maria Küri-Sklodovska Universitetində (UMCS) keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şə

0 baxış525.az
Anar və Bruno Şults yaradıcılığında “Atalıq fiquru”: müqayisəli təhlil
Paylaş:

Polşanın Lublin şəhərindəki Maria Küri-Sklodovska Universitetində (UMCS) keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva elmi məruzə ilə çıxış edib İnstitutdan bildirilib ki, onun təqdim etdiyi “Atalıq fiqurunun metamorfik modeli: Anar və Bruno Şults yaradıcılığında yaddaş və identiklik” mövzusunda məruzə müqayisəli ədəbiyyat çərçivəsində təqdim olunub. Məruzədə Şərq və Qərb ədəbi düşüncəsi arasında paralellər aparılıb, Anar və Bruno Şults yaradıcılığı əsasında ata obrazının transformasiyası, yaddaş və identiklik problemləri müqayisəli şəkildə təhlil edilib Tədbir çərçivəsində humanitar elmlərin aktual istiqamətləri üzrə fikir mübadiləsi aparılıb Konfrans Şərq ədəbiyyatı və dillərinin müasir elmi yanaşmalar kontekstində araşdırılmasına həsr olunub və müxtəlif ölkələrdən gənc tədqiqatçıları bir araya gətirib. Konfransın proqramına uyğun olaraq çıxışlar üç bölmə üzrə təşkil olunub, ədəbiyyatşünaslıq, dilçilik və mədəniyyətlərarası tədqiqatlara dair aktual mövzular müzakirə edilib ("Azərtac")

Kaynak: 525.az

Diğer Haberler