Ananas düşündüyünüz qədər məsum deyilmiş - Gizli zərərləri
Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlama menyularında tez-tez qarşımıza çıxsa da, əslində göründüyü qədər məsum deyilmiş Publ

Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlama menyularında tez-tez qarşımıza çıxsa da, əslində göründüyü qədər məsum deyilmiş Publika.az xəbər verir ki, ananasın həddindən artıq istehlakı orqanizmdə gözlənilməz fəsadlara və narahatlıqlara yol aça bilər Bir çoxumuz ananas yedikdən sonra dildə və ağız boşluğunda yaranan o qəribə yanma və qıcıqlanmq hissi ilə qarşılaşmışıq. Bunun səbəbi ananasın tərkibindəki "bromelayn" adlı olduqca güclü fermentdir. Bu ferment zülalları parçalamaq qabiliyyətinə malikdir və hər nə qədər həzmə kömək etsə də, ağız boşluğundakı həssas toxumalara toxunduğu andan etibarən onları sanki "həzm etməyə" başlayır. Məhz bu səbəbdən ananas yeyərkən dildə qıcıqlanma və ağrı hiss olunur Məsələ yalnız ağız boşluğu ilə bitmir; ananasın tərkibindəki yüksək fruktoza miqdarı onu bir növ "şəkər tələsi"nə çevirir. Təbii meyvə olmasına baxmayaraq, porsiya nəzarəti itdikdə qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur ki, bu da xüsusilə diabet riski daşıyanlar üçün ciddi siqnaldır. Bununla yanaşı, meyvənin asidik, yəni turşulu quruluşu mədə həssaslığı olan şəxslərdə qıcqırma və ağrılara səbəb ola bilir. Xüsusilə acqarına yeyildikdə bu mənfi təsirlər özünü daha qabarıq büruzə verir. Nadir hallarda olsa da, ananasın allergik reaksiyalara, qaşıntı və qızarıqlığa yol açma ehtimalı da unudulmamalıdır. Əlbəttə, bu faktlar ananası menyudan tamamilə çıxarmaq mənasına gəlmir, sadəcə bu faydalı meyvəni yeyərkən ölçünü qaçırmamaq və bədəninizin verdiyi reaksiyalara qarşı diqqətli olmaq vacibdir. (Milli.az) Tez-tez baş verən baş ağrılarının səbəbi bu imiş Qocalmanın qarşısını alan, arıqlamağa kömək edən yemək: Çox asan hazırlanır Baharda gələn şəfa - Qulançarın bilmədiyimiz 7 möcüzəvi faydası Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın İnfarktdan qorunmağın ən asan yolu: Amma bir "əmma"sı var Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Həcc ziyarəti ilə bağlı vacib açıqlama Paşinyanın daha bir videosu olay oldu Keremcem də bu seriala çəkilir - Foto İsrail Tehrandakı SEPAH qərargahını vurdu Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması İranın 10 bəndlik sülh təklifində nələr var?


