Ana oğlunun əməllərini ifşa edərək dəhşətli terrorun qarşısını aldı
Ağ Evdə keçiriləcək UFC turnirinə hücum etməyi planlaşdıran sui-qəsdçilərdən birinin anası oğlunu polisə şikayət edib Publika.az ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi iddia ərizəsinə istinadla xəbər verir ki, bu addım cinayətin qarşısının alınmasında həlledici rol oynayıb Sənəddə qeyd olunub ki, iy

Ağ Evdə keçiriləcək UFC turnirinə hücum etməyi planlaşdıran sui-qəsdçilərdən birinin anası oğlunu polisə şikayət edib Publika.az ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi iddia ərizəsinə istinadla xəbər verir ki, bu addım cinayətin qarşısının alınmasında həlledici rol oynayıb Sənəddə qeyd olunub ki, iyunun 10-da Noks dairəsinin şerif ofisi və Denvill polisinə sakitliyin pozulması ilə bağlı zəng daxil olub. Özünü Properin anası kimi təqdim edən qadın oğlunun son vaxtlar odlu silah alması və internetdə şübhəli şəxslərlə ünsiyyətdə olması səbəbindən narahatlığını dilə gətirib Hadisə yerinə gələn polislər saxlanılan şəxsin valideynləri ilə söhbət ediblər. Onlar oğullarının onlayn həmsöhbətləri ilə kəşfiyyat missiyaları, Ağ Evdəki turnir ərəfəsində görüşlər planlaşdırdığını, həmçinin silah, sursat və zirehli jilet kimi xüsusi təchizatlar aldığını bildiriblər. Daha sonra hüquq-mühafizə orqanları gənci yerli xəstəxanaya çatdırıblar İyunun 16-da məlum olub ki, Federal Təhqiqatlar Bürosu (FTB) Ağ Evdəki UFC turnirinə partlayıcı maddələrlə təchiz edilmiş dronlarla hücumun qarşısını alıb. İş üzrə 5 nəfər saxlanılıb, 23 nəfər isə şərik kimi müəyyən edilib. Saxlanılanlar arasında 19 yaşlı Titsen Proper də olub İddia olunur ki, şübhəlilər Ağ Ev yaxınlığındakı binalara partlayıcı yüklü PUA-larla hücum edərək kütləvi təxliyəyə səbəb olmağı planlaşdırıblar. Cinayətkarların planına görə, insanların qaçdığı vaxt snayperlər onlara atəş açmalı idi Tədbir ABŞ-ın 250 illik yubileyi və MMA-nın uzun müddətli pərəstişkarı, UFC rəhbəri Dana Uaytın dostu olan Prezident Donald Trampın 80 illik yubileyi ilə bağlı təşkil olunmuşdu ABŞ-da xəstəxanada atışma törədən şəxs tutuldu Beynində qurd olan siyasətçi uşaqlar olan hovuza ilan atıb - Bacısından ŞOK ETİRAF Zelenski ABŞ Prezidenti ilə görüşə bilər Vens Ukraynanın sursat ehtiyatlarından danışdı - “Mən ona dürüstcə dedim ki...” ABŞ-da etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma Trampın Ukrayna ilə bağlı mövqeyi DƏYİŞDİ Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI “Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı La Liqa klubunun 16 yaşlı futbolçusu öldü Həyat yoldaşından Rəvan Qarayevə qadağa Ermənistanda NATO ilə birgə təlimlər başlayır Cennifer Lopez 20 illik illüziyanı dağıtdı - tamamilə fərqlənir Mbappe yeni rekorda imza atdı Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər


