Tenqri
Ana Səhifə
Dünya

Azər Maqsudova amnistiya

Ölümlə nəticələnən bədbəxt hadisə törətməkdə təqsirləndirilən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov amnistiyaya verilib. Bu barədə haqqin.az-a Azər Maqsudovun vəkili Musa Abdinov məlumat verib Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovu

0 baxışhaqqin.az
Azər Maqsudova amnistiya
Paylaş:

Ölümlə nəticələnən bədbəxt hadisə törətməkdə təqsirləndirilən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov amnistiyaya verilib. Bu barədə haqqin.az-a Azər Maqsudovun vəkili Musa Abdinov məlumat verib Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Azər Maqsudovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, A.Maqsudov amnistiyaya verilib. O, həbsdən azad edilib Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli hökmü ilə Azər Maqsudov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib Sözügedən yol-nəqliyyat hadisəsi 2023-cü il noyabrın 15-də Bakının Sabunçu rayonu ərazisində baş verib. Bu gün saat 23:00 radələrində A.Maqsudov “Mercedes” markalı avtomobili idarə edərkən qəza törədib. Qəza avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində piyada, 1956-cı il təvəllüdlü tanınmış alim Arif Acaloğlunu vurması nəticəsində baş verib. A.Maqsudov xəsarət almış A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, Acaloğlunu xilas etmək mümkün olmayıb Qəza nəticəsində dünyasını dəyişən A.Acaoğlu məşhur türkşünas, Mərmərə Universitetinin müəllimi olub. Türkiyədə yaşayan alim beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya gəlib

Kaynak: haqqin.az

Diğer Haberler