Amerikalılar üçüncü tankeri sıradan çıxarıblar
ABŞ ordusu İrana qarşı blokadanı pozduğu üçün Oman körfəzində Qvineya-Bisau bayraqlı neft tankerinə hücum edib və onu sıradan çıxarıb. Bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb ABŞ hərbi komandanlığının məlumatına görə, hücuma məruz qalan tanker bu həftə A

ABŞ ordusu İrana qarşı blokadanı pozduğu üçün Oman körfəzində Qvineya-Bisau bayraqlı neft tankerinə hücum edib və onu sıradan çıxarıb. Bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb ABŞ hərbi komandanlığının məlumatına görə, hücuma məruz qalan tanker bu həftə ABŞ qüvvələri tərəfindən sıradan çıxarılan üçüncü ticarət gəmisi olub CENTCOM aydınlaşdırıb ki, M/T Jalveer tankeri Oman körfəzi vasitəsilə İrandan neft daşımağa çalışırmış Tankerin ekipajı dəfələrlə Amerika qüvvələrinin göstərişlərini yerinə yetirməkdən imtina etdikdən sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr gəminin mühərrik otağına doğru iki Hellfire raketi atıblar pic.twitter.com/D8YKJcvaQS


