Amerikalılar türkləri və iranlıları dünyanın ən pis ölkələrindən birinə göndərirlər
Donald Tramp administrasiyası bəzi iranlıları və digər miqrantları zorakılıq və yoxsulluğun hökm sürdüyü Mərkəzi Afrika Respublikasına deportasiya etməyi düşünür. Bu barədə iki hüquqşünas və vəziyyətlə tanış olan məmura istinadən Reuters agentliyi məlumat yayıb Deportasiya edilənlər arasında iki i

Donald Tramp administrasiyası bəzi iranlıları və digər miqrantları zorakılıq və yoxsulluğun hökm sürdüyü Mərkəzi Afrika Respublikasına deportasiya etməyi düşünür. Bu barədə iki hüquqşünas və vəziyyətlə tanış olan məmura istinadən Reuters agentliyi məlumat yayıb Deportasiya edilənlər arasında iki iranlı qadın da var ki, onların vəkili Emili Trostl öz vətənlərində işgəncə və təqiblərə məruz qalır. Onlardan biri xristian, ikincisi demokratiya tərəfdarıdır. Hər iki qadın 2024-cü ilin noyabrında ABŞ-a gəldikdən sonra saxlanılıb Cümə axşamı günü yola düşməli olan ilk reys, ilkin məlumatlara görə, təxminən 20 nəfəri daşıyacaq. Təyyarədə iranlı qadınlardan başqa Suriya, Əfqanıstan vətəndaşları və ola bilsin ki, bir Türkiyə vətəndaşı da var. Deportasiya edilənlərin dünyanın ən kasıb və qeyri-sabit ölkələrindən biri olan Mərkəzi Afrika Respublikası ilə heç bir əlaqəsi yoxdur Dövlət Departamentinin özü amerikalılara bu ölkəyə hər hansı səyahətdən çəkinməyi tövsiyə edir (“Heç bir səbəbdən səyahət etməyin”)


