Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır
Azərbaycan və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı problemlərin həlli üzrə təcrübə mübadiləsində mühüm rol oynayır Bunu AZƏRTAC-a ABŞ-nin Texas ştatının Dallas şəhəri üzrə subşəhər şurasının baş şəhərsalma mütəx

Azərbaycan və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı problemlərin həlli üzrə təcrübə mübadiləsində mühüm rol oynayır Bunu AZƏRTAC-a ABŞ-nin Texas ştatının Dallas şəhəri üzrə subşəhər şurasının baş şəhərsalma mütəxəssisi Endrius Bediako bildirib. O deyib ki, WUF13 şəhər inkişafı sahəsində çalışan mütəxəssisləri bir araya gətirən mühüm beynəlxalq platformadır: “Forum urbanistikanın əsas mövzularını, o cümlədən mənzil tikintisini, məkan planlaşdırılmasını, yaşıl infrastrukturu, eləcə də iqlim dayanıqlığı və strateji şəhər inkişafı məsələlərini əhatə edib. Belə tədbirlərdə iştirak peşəkar bilikləri əhəmiyyətli dərəcədə genişləndirməyə və dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla təcrübə mübadiləsi aparmağa imkan verir” Agentliyin həmsöhbəti vurğulayıb ki, Azərbaycan xüsusilə də yaşıl infrastrukturun və müasir şəhər həllərinin inkişafı sayəsində dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal gündəmdə mühüm rol nümayiş etdirir. O bildirib ki, bu təcrübə qeyri-rəsmi urbanizasiya problemləri ilə üzləşən ölkələr üçün xüsusilə dəyərlidir “Bir çox inkişaf etməkdə olan ölkələrdə şəhər tikililərinin böyük hissəsi keyfiyyətli ictimai məkanların və yaşıl infrastrukturun olmadığı qeyri-rəsmi yaşayış məntəqələrinin payına düşür. Bu baxımdan Azərbaycanın təcrübəsi qeyri-rəsmi tikililərdən daha sistemli və dayanıqlı şəhər inkişafına keçid üçün faydalı nümunə ola bilər”, – deyə ekspert qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

