Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır
Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) Baş investisiya direktoru Ameen Alsaadi İslam İnkişaf Bankı (İİB) Qrupunun 51

Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) Baş investisiya direktoru Ameen Alsaadi İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Strateji Liderlik Dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə mexanizmləri” adlı sessiyada çıxışı zamanı deyib Onun sözlərinə görə, dayanıqlılığın ən vacib elementlərindən biri təchizat və dəyər zəncirində diversifikasiyadır “Şirkətlər yalnız bir və ya iki təchizatçıdan asılı olmamalı, həm sertifikatlaşdırma, həm də istehsal və dəyər zənciri üzrə riskləri azaltmalıdırlar. Bazarların coğrafi baxımdan – yerli, regional və beynəlxalq səviyyədə müxtəlifləşdirilməsi də şirkətlərin dayanıqlılığını artırır və mümkün böhranların təsirini minimuma endirir. Halal sektorda investorlar, kreditorlar, təchizatçılar və istehsalçılar arasında inteqrasiya və strateji tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır. Güclü etimad və əlaqələr böhran dövrlərində biznes əməliyyatlarının fasiləsizliyini təmin edir”,- deyə o bildirib Şirkət rəsmisi vurğulayıb ki, dayanıqlı biznes üçün güclü korporativ idarəetmə də vacib şərtdir: “Düzgün idarəetmə qərarların vaxtında və düzgün verilməsini təmin edir və bu, böhran anlarında xüsusilə həlledici rol oynayır. Həmçinin etik davranışların – dürüstlük, ədalət və etibarlılıq – şirkətlərin uzunmüddətli dayanıqlılığının əsasını təşkil edir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
