AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm
Bu yaxınlarda mənim rus dilində "Ərəb şərqi ölkələrinin memarlığı" kitabım işıq üzü gördü. Kitabda Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Tunis və Yəmən memarlığı haqqında ümumilikdə 10 məqaləm yer alıb. Məqalələr ən əsas memarlıq abidələrinə həsr olunub Bunu AZƏRTAC-a açıqlamasın

Bu yaxınlarda mənim rus dilində "Ərəb şərqi ölkələrinin memarlığı" kitabım işıq üzü gördü. Kitabda Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Tunis və Yəmən memarlığı haqqında ümumilikdə 10 məqaləm yer alıb. Məqalələr ən əsas memarlıq abidələrinə həsr olunub Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi Zərnaz İmanzadə deyib "Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm. Həmin məscid Mədinə şəhərində yerləşir. Çox maraqlı bir kitab olacaq. Çalışacağam ki, ilin sonuna kimi tədqiqatları yekunlaşdırıb kitabı oxuculara təqdim edim", - deyə Z.İmanzadə qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


