Tenqri
Ana Səhifə
Dünya

Səfir Qismət Gözəlov Aşqabadda Böyük Vətən Müharibəsi veteranı Tahirə Əliyevanı təbrik edib (FOTO)

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov Aşqabadda yaşayan yüzillik azərbaycanlı Tahirə Əliyevanı evində ziyarət edib O, faşizm üzərində qələbə münasibətilə təbriklərini çatdırıb, ona gül dəstəsi və hədiyyə təqdim edib S

0 baxıştrend.az
Səfir Qismət Gözəlov Aşqabadda Böyük Vətən Müharibəsi veteranı Tahirə Əliyevanı təbrik edib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov Aşqabadda yaşayan yüzillik azərbaycanlı Tahirə Əliyevanı evində ziyarət edib O, faşizm üzərində qələbə münasibətilə təbriklərini çatdırıb, ona gül dəstəsi və hədiyyə təqdim edib Səfir Gözəlov müharibə illərində onun fədakar xidmətinin və arxa cəbhədə göstərdiyi töhfələrin ən yüksək qiymətləndirildiyini vurğulayaraq, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. O, həm Azərbaycanda, həm də Türkmənistanda Böyük Vətən Müharibəsi veteranlarının dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb Əliyeva da öz növbəsində ona göstərilən diqqət və hörmətə görə minnətdarlığını bildirib, hər iki ölkəyə sülh və firavanlıq arzulayıb, müharibə dövrü ilə bağlı çətin, lakin qürurlu xatirələrini bölüşüb Əliyeva İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə xidmət edib və cəbhə bölgələrinin ərzaqla təmin olunmasına böyük töhfə verib

Kaynak: trend.az

Diğer Haberler