Tenqri
Ana Səhifə
Dünya

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Biz İslam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirmək əzmindəyik. İnanırıq ki, həyata keçirilən islahatlar maliyyə bazarlarını şaxələndirəcək və xarici investisiyaların cəlb olunmasına töhfə verəcək AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Ta

0 baxışazertag.az
AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir
Paylaş:

Biz İslam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirmək əzmindəyik. İnanırıq ki, həyata keçirilən islahatlar maliyyə bazarlarını şaxələndirəcək və xarici investisiyaların cəlb olunmasına töhfə verəcək AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda çıxışı zamanı deyib Mərkəzi Bankın sədri bildirib ki, regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir "Azərbaycan bu baxışın reallaşmasına töhfə verməyə hazırdır. İslam maliyyəsi sosial rifahı və etik investisiyaları ön plana çəkərək, spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir. Buna görə də bizim əsas prioritetlərimizdən biri həm də dayanıqlılıq prinsiplərinə əsaslanan İslam maliyyə alətlərinin inkişafını təmin etmək, daha dayanıqlı iqtisadiyyatlar üçün kapital səfərbər etməkdir. İkinci mühüm istiqamət insan kapitalının inkişafıdır. Bu, həm yerli maliyyə institutlarında çalışan mütəxəssislərin, həm də nəzarətçilərin, müstəqil auditorların və digər vasitəçilərin bilik və bacarıqlarının artırılmasını əhatə edir. Biz qlobal institutlarla tərəfdaşlıq çərçivəsində seminar və təlimlərin təşkili yolu ilə potensialın gücləndirilməsinə dəstək verməyə sadiqik və bunun sayəsində səmərəli fəaliyyət göstərən İslam maliyyəsi ekosisteminin formalaşmasına töhfə verəcəyik", - deyə Mərkəzi Bankın sədri vurğulayıb Taleh Kazımov qeyd edib ki, növbəti mərhələ ayrı-ayrı ölkələrin səyləri ilə deyil, birgə fəaliyyətlə müəyyən olunacaq: "İnanıram ki, bu forumun ən dəyərli nəticəsi müxtəlif yurisdiksiyalar arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi olacaq" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler