Tenqri
Ana Səhifə
Dünya

AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir

İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə Qlobal Forumda deyib O bildirib ki, qlobal

0 baxışapa.az
AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir
Paylaş:

İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə Qlobal Forumda deyib O bildirib ki, qlobal iqtisadiyyatda müşahidə olunan dəyişikliklər islam maliyyəsinin əhəmiyyətini daha da artırır: “Bu gün qlobal iqtisadiyyat dərin struktur dəyişiklikləri dövründən keçir. Ticarətdə artan parçalanma və yüksələn qeyri-müəyyənliklər adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasını zəruri edir. Risklərin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan yanaşması ilə islam maliyyəsi bu sistemlərin formalaşmasına töhfə verə biləcək praktik alətlər təqdim edir” AMB sədri qeyd edib ki, Azərbaycanda islam maliyyəsinin uğurlu inkişafı üçün iki əsas istiqamətdə irəliləyiş vacibdir: “Birincisi, hüquqi bazanın təkmilləşdirilməsi və tənzimləmə mühitində şəffaflığın təmin olunmasıdır. İkincisi isə islam maliyyə sisteminin səmərəli fəaliyyətini təmin edəcək peşəkar insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsidir” Taleh Kazımov vurğulayıb ki, islam maliyyəsi alətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklər hazırlanır: “Biz artıq bu istiqamətdə konkret addımlar atırıq. İslam maliyyəsi alətlərinin tətbiqini genişləndirmək məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər hazırlanır. Məqsəd ənənəvi və islam maliyyəsi arasında bərabər və neytral tənzimləmə mühitinin formalaşdırılmasıdır” O əlavə edib ki, bazar iştirakçılarının hazırlıq səviyyəsi nəzərə alınaraq ilkin mərhələdə “islam pəncərəsi” modelinin tətbiqinə üstünlük verilib: “Bazar iştirakçılarının mövcud hazırlıq səviyyəsini nəzərə alaraq, ilkin mərhələdə ‘islam pəncərəsi’ modelinin tətbiqinə üstünlük vermişik. Sonrakı mərhələdə isə bazar tələbatını qiymətləndirərək tammiqyaslı tətbiqlə bağlı qərar qəbul ediləcək” AMB sədri bildirib ki, tənzimləyici “sandbox” mexanizmindən də fəal istifadə olunur: “Hazırda iki bank öz məhsullarını bu platformada uğurla sınaqdan keçirir və proses Azərbaycan Mərkəzi Bankının nəzarəti altında həyata keçirilir”

Kaynak: apa.az

Diğer Haberler