Tenqri
Ana Səhifə
Dünya

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

Yaxın illərdə Amerikanın texnologiya nəhəngi “Amazon” Avropadakı paylama mərkəzlərinin genişləndirilməsinə və modernləşdirilməsinə 10 milyard avro sərmayə qoyacaq AZƏRTAC xəbər verir ki, bu investisiyanın Avropa işçi qüvvəsini 25 min nəfər artıracağı gözlənilir. Şirkətdə hazırda 230 min nəfər işləy

0 baxışazertag.az
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
Paylaş:

Yaxın illərdə Amerikanın texnologiya nəhəngi “Amazon” Avropadakı paylama mərkəzlərinin genişləndirilməsinə və modernləşdirilməsinə 10 milyard avro sərmayə qoyacaq AZƏRTAC xəbər verir ki, bu investisiyanın Avropa işçi qüvvəsini 25 min nəfər artıracağı gözlənilir. Şirkətdə hazırda 230 min nəfər işləyir Şirkət, həmçinin əməliyyat proseslərini təkmilləşdirməyə və robot imkanlarını genişləndirməyə çalışır. Məsələn, sonuncu işçilərə daha az ağır iş görməyə və keyfiyyətə nəzarət kimi tapşırıqlara daha çox diqqət yetirməyə imkan verəcək, - deyə “Nu.nl” yazır İnvestisiyalar, həmçinin “Amazon”un çatdırılma xidmətini daha da inkişaf etdirməyə yönəlib. Şirkət bu il daha çox çatdırılma məntəqəsi açmağı planlaşdırır ki, müştərilər onlayn sifariş verdikdən sonra həmin gün mallarını evdə ala bilsinlər. Bu məqsədlə “Amazon” yaşayış məntəqələrinin yaxınlığında və şəhər mərkəzlərində tikiləcək mikropaylama mərkəzlərindən də istifadə edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler