Tenqri
Ana Səhifə
Dünya

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi, istehlakçılar və sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində maarifl

0 baxışazertag.az
Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi, istehlakçılar və sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu silsilədən olan növbəti görüş Şamaxı şəhərində agentlik və onun 4 saylı regional bölməsinin təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub Qurumdan AZƏRTAC-a verilən məlumata görə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-ə yaxın sahibkarlıq subyekti nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə agentliyin sədrinin birinci müavini Cəfər Babayev və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı açılış nitqi ilə çıxış ediblər Bazar iştirakçıları arasında bərabər şərtlərə əsaslanan biznes münasibətlərinin təşviqi, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində agentliyin və yerli struktur bölmələrin fəaliyyətindən bəhs edilib, birgə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb Daha sonra agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara riayət olunmasının əhəmiyyəti, istehlakçı hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, agentliyin istehlak bazarında nəzarət sahələri, eləcə də reklam qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər barədə məlumat verilib. Həmçinin agentlik tərəfindən müvafiq sahələrdə həyata keçirilən geniş maarifləndirmə fəaliyyəti, eləcə də mövcud problemlərin həlli istiqamətində görülən işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb Tədbir çərçivəsində sahibkarlara fəaliyyətlərinin mövcud normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması, eləcə də reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tövsiyələr verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib | Tenqri