AMADA-nın əməkdaşları federasiyalarla görüş zamanı yeni məcəllədən irəli gələn tələblərlə bağlı təqdimatla çıxış ediblər
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) akt zalında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş təşkil olunub AZƏRTAC xəbər verir ki, “Ümumdünya Antidopinq Məcəlləsi 20

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) akt zalında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş təşkil olunub AZƏRTAC xəbər verir ki, “Ümumdünya Antidopinq Məcəlləsi 2027: Əsas yeniliklər və institusional dəyişikliklər” adlı tədbirdə 40-dək federasiyanı təmsil edən nümayəndələr iştirak ediblər Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində və beynəlxalq standartlarda nəzərdə tutulan yenilikləri diqqətə çatdırmaq, bu dəyişikliklərin tətbiqi ilə bağlı federasiyaların rolunu və öhdəliklərini izah etmək olub Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov antidopinq sahəsində aparılan sistemli tədbirlərin əhəmiyyətini vurğulayaraq, federasiyalarla sıx əməkdaşlığın təmiz idman mühitinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni məcəllənin tətbiqinin idman idarəçiliyində şəffaflığın və məsuliyyətin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib, federasiyaları bu istiqamətdə fəal iştirak etməyə çağırıb Görüş zamanı AMADA-nın əməkdaşları yeni məcəllədən irəli gələn tələblər, yenilənmiş prosedurlar, nəticələrin idarə olunması mexanizmləri, maarifləndirmə öhdəlikləri və uyğunluq məsələləri ilə bağlı təqdimatlarla çıxış ediblər Sonda federasiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
