Qızıl mədənində fəlakət! Uçqun nəticəsində 11 işçi həyatını itirib
Madaqaskarın şərqindəki Vatomandri rayonunun Niherenana bölgəsində qeyri-qanuni qızıl hasilatı sahəsində çökmə baş verib. Ölkə mətbuatında yer alan məlumata görə, qeyri-qanuni istismar edilən ərazidə yerin altında basdırılan 11 işçi hadisə yerində dünyasını dəyişib İnsanların tələfatından sonra bö

Madaqaskarın şərqindəki Vatomandri rayonunun Niherenana bölgəsində qeyri-qanuni qızıl hasilatı sahəsində çökmə baş verib. Ölkə mətbuatında yer alan məlumata görə, qeyri-qanuni istismar edilən ərazidə yerin altında basdırılan 11 işçi hadisə yerində dünyasını dəyişib İnsanların tələfatından sonra bölgədəki səlahiyyətlilər dərhal müdaxilə etdi. Sözügedən mədən sahəsindəki bütün fəaliyyətlər dərhal dayandırıldı. Ölümlə nəticələnən çökmənin dəqiq səbəblərinin müəyyən edilməsi və mümkün səhlənkarlığın üzə çıxarılması üçün xidməti araşdırma aparılır. İnsanların tələfatından sonra bölgədəki səlahiyyətlilər dərhal müdaxilə etdi. Sözügedən mədən sahəsindəki bütün fəaliyyətlər dərhal dayandırıldı. Ölümlə nəticələnən çökmənin dəqiq səbəblərinin müəyyən edilməsi və mümkün səhlənkarlığın üzə çıxarılması üçün xidməti araşdırma aparılır Kiçik miqyaslı qızıl hasilatı ölkə daxilində yüz minlərlə vətəndaşın əsas gəlir mənbəyini təşkil etməyə davam edir. Bununla belə, sektorda qeydiyyatdan keçməmiş fəaliyyətlərin çoxluğu və təhlükəsizlik tədbirlərinin qeyri-kafi olması zaman-zaman oxşar ölümlə nəticələnən mədən qəzalarının baş verməsinə səbəb olur Mənbə: Anadolu Agentliyi


