Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
2018-ci ildən indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə və Avropa ölkələrinin bazarlarına ümumilikdə 99 milyard kubmetr təbii qaz nəql olunub AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkə hesabında yazı

2018-ci ildən indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə və Avropa ölkələrinin bazarlarına ümumilikdə 99 milyard kubmetr təbii qaz nəql olunub AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkə hesabında yazıb Nazirin sözlərinə görə, son səkkiz il ərzində TANAP vasitəsilə Azərbaycandan birbaşa Türkiyəyə 39,2 milyard kubmetr qaz çatdırılıb O, Ankara ilə Bakı arasında əməkdaşlığı “regionun sabitliyinə və gələcəyinə töhfə” adlandırıb “Cənub Qaz Dəhlizinin təməlini təşkil edən TANAP Türkiyə ilə Azərbaycan arasında qardaşlıq rəmzidir. Səkkiz ilini tamamlayan bu meqalayihə təkcə Türkiyənin deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Ankara-Bakı əməkdaşlığı bundan sonra da regionda əməkdaşlığın inkişafına və ümumi gələcəyin formalaşmasına mühüm töhfə verməyə davam edəcək”, – deyə Türkiyənin energetika və təbii sərvətlər naziri bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
