Tenqri
Ana Səhifə
Dünya

Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb

Qazaxıstanın Almatı şəhərində “I Bakı Türkoloji Qurultayının irsi və XXI əsrdə Türk dünyası” adlı beynəlxalq simpozium keçirilir. Bu simpozium türk xalqlarının elmi inkişafında mühüm mərhələyə çevrilən tarixi forumun 100 illiyinə təsadüf edib Bu barədə AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə

0 baxışazertag.az
Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb
Paylaş:

Qazaxıstanın Almatı şəhərində “I Bakı Türkoloji Qurultayının irsi və XXI əsrdə Türk dünyası” adlı beynəlxalq simpozium keçirilir. Bu simpozium türk xalqlarının elmi inkişafında mühüm mərhələyə çevrilən tarixi forumun 100 illiyinə təsadüf edib Bu barədə AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir Beynəlxalq tədbir Türk Akademiyasının təşəbbüsü ilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dil Qurumu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Bakı Dövlət Universiteti ilə birgə təşkil olunub Simpoziumun işində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, bu ölkənin Milli Elmlər Akademiyasının prezidenti Ahılbek Kurişbayev, eləcə də tanınmış alimlər və Türk dünyasının ziyalı ictimaiyyətinin nümayəndələri iştirak edirlər Forumu açan Türk Akademiyasının prezidenti akademik Ş.Mustafayev qeyd edib ki, 1926-cı ildə keçirilən Birinci Bakı Türkoloji Qurultayı təkcə elmi tədbir deyil, həm də Türk dünyasından olan ziyalıları ortaq mədəni irs və ortaq gələcək ideyası ətrafında birləşdirən, türk kimliyini gücləndirən mühüm tarixi platformaya çevrilib “Bu gün türk dövlətləri arasında əməkdaşlıq yeni səviyyəyə çıxır. Bu prosesdə türkologiya xüsusi rol oynayır, Türk dünyasının ortaq elmi, mədəni və humanitar məkanının möhkəmlənməsinə töhfə verir. Bu gün bütün Türk dünyasının, ziyalıların və elmi ictimaiyyətin əsas vəzifəsi qurultay iştirakçılarının irsini dirçəltmək və türk dövlətlərinin inkişafına, birliyinə və bütövlüyünə xidmət etməkdir”, - deyə o vurğulayıb Simpozium çərçivəsində Türk Akademiyasının elmi nəşrlərinin, eləcə də akademiya tərəfindən hazırlanmış, Birinci Türkoloji Qurultayın tarixini və irsini əks etdirən arxiv fotoşəkillərinin və materiallarının xüsusi sərgisi təşkil edilib Təqdim olunan əsərlər arasında altı türk dilində nəşr olunmuş “1926-cı il Bakı Türkoloji Qurultayının Albomu” da var. Nəşrdə tarixi qurultayın 131 nümayəndəsi haqqında məlumat yer alır Həmçinin rus və türk dillərində nəşr olunmuş və qurultayın tarixi kontekstini və əhəmiyyətini ortaya qoyan unikal arxiv materiallarına əsaslanan “1926-cı il Bakı Türkoloji Qurultayının arxiv sənədləri” kitabı da təqdim olunur İki gün ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan alimlər Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, XXI əsrdə türkologiyanın inkişafı məsələlərini, ortaq terminologiya, əlifba, mədəni irs problemlərini və Türk dünyasının elmi inteqrasiyası perspektivlərini müzakirə edəcəklər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler