Tenqri
Ana Səhifə
Dünya

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Almaniyada siyasi motivli cinayətlərin sayı 2025-ci ildə rekord həddə çatıb. İl ərzində 85 min 837 belə fakt qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 2 faiz çoxdur AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtin və Federal Kriminal Polis İdar

0 baxışazertag.az
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
Paylaş:

Almaniyada siyasi motivli cinayətlərin sayı 2025-ci ildə rekord həddə çatıb. İl ərzində 85 min 837 belə fakt qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 2 faiz çoxdur AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtin və Federal Kriminal Polis İdarəsinin açıqladığı statistikada əksini tapıb Məlumata əsasən, ölkədə siyasi motivli zorakılıq cinayətlərinin sayı 1,2 faiz artaraq 4156-ya yüksəlib ki, bu da 2016-cı ildən bəri ən yüksək göstəricidir. Hesabatda ən böyük təhlükənin hələ də sağ ekstremizmdən qaynaqlandığı vurğulanıb. Sağçı və ifrat sağçı motivli cinayətlərin sayı 42 min 544 faktla ümumi göstəricinin təxminən yarısını təşkil edib. Bu kateqoriyada zorakılıq cinayətləri 7,4 faiz artaraq 1598-ə çatıb Eyni zamanda, ən sürətli artım sol ekstremist motivli cinayətlərdə qeydə alınıb. Solçu motivli zorakılıq halları təxminən 43 faiz artaraq 1087 fakt təşkil edib. Ümumi sol ekstremist cinayətlərin sayı isə 13 min 490-a çatıb Statistikada antisemit motivli cinayətlərin 5 faiz artaraq 6548-ə yüksəldiyi, onların təxminən yarısının Yaxın Şərqdəki münaqişə ilə əlaqəli olduğu bildirilir. Qadınlara qarşı nifrət zəminində törədilən cinayətlərin sayı isə 47 faiz artaraq 819-a çatıb Artan siyasi radikallaşma və küçə zorakılığı ölkənin daxili təhlükəsizliyi üçün ciddi çağırış kimi qiymətləndirilir A.Dobrindt ekstremizmin bütün formalarına qarşı qətiyyətlə mübarizə aparıldığını və bu səbəbdən ekstremist təhdidlərə qarşı istifadə edilən vasitələrin daha da genişləndirildiyini bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler