Tenqri
Ana Səhifə
Dünya

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Almaniyada hərbi çağırış yaşında olan ukraynalı kişilərin sayı nəzərəçarpacaq dərəcədə artıb AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatlarında deyilir. Mayın 30-na olan məlumata görə, Ukraynadakı müharibə ilə əlaqədar Almaniyaya gəlmiş şəxslərin

0 baxışazertag.az
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
Paylaş:

Almaniyada hərbi çağırış yaşında olan ukraynalı kişilərin sayı nəzərəçarpacaq dərəcədə artıb AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatlarında deyilir. Mayın 30-na olan məlumata görə, Ukraynadakı müharibə ilə əlaqədar Almaniyaya gəlmiş şəxslərin sayı 1 milyon 348 min 258 nəfər təşkil edib. Onların 355 min 745 nəfəri 18-63 yaş arasında olan kişilərdir Müqayisə üçün qeyd edək ki, martın 8-də Almaniyada 1 milyon 253 min 569 ukraynalı qaçqın qeydə alınmışdı ki, onların da 297 min 660 nəfəri hərbi çağırış yaşında olan kişilər idi. Beləliklə, həmin dövr ərzində ölkəyə gələn təxminən 95 min nəfərin 60 faizə yaxını həmin kateqoriyaya aid kişilərdən ibarət olub Bu göstərici münaqişənin ilk mərhələsində müşahidə olunan mənzərədən əhəmiyyətli dərəcədə fərqlənir. Həmin dövrdə Almaniyaya gələn qaçqınlar arasında əsasən qadınlar və uşaqlar üstünlük təşkil edirdi Ölkəyə sığınan qaçqınların arasında hərbi çağırış yaşına çatmış kişilərin sayının artması Ukrayna vətəndaşlarının ölkədən çıxışına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ilə əlaqədardır. Belə ki, 2025-ci ilin avqust ayının sonundan etibarən 18-22 yaşlı hərbi mükəlləfiyyətli kişilərə Ukraynanı tərk etməyə icazə verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler