Tenqri
Ana Səhifə
Dünya

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

Almaniyanın və Niderlandın hüquq-mühafizə orqanları Cənubi Amerikadan Avropaya tonlarla kokain qaçaqmalçılığı həyata keçirməkdə şübhəli bilinən beynəlxalq cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirib AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Hessen, Şimali Reyn

0 baxışazertag.az
Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub
Paylaş:

Almaniyanın və Niderlandın hüquq-mühafizə orqanları Cənubi Amerikadan Avropaya tonlarla kokain qaçaqmalçılığı həyata keçirməkdə şübhəli bilinən beynəlxalq cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirib AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Hessen, Şimali Reyn-Vestfaliya əyalətlərində və Niderlandda ümumilikdə 27 obyektdə keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb İstintaqın məlumatına görə, şübhəlilər 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarınadək fəaliyyət göstərən beynəlxalq cinayətkar təşkilatın üzvləri olublar. Qruplaşmanın Cənubi Amerikadan hava yükdaşımaları və konteyner gəmiləri vasitəsilə tonlarla kokaini Avropaya gətirdiyi bildirilir. Qaçaqmalçılığı gizlətmək məqsədilə Aşağı Saksoniya və Hessen əyalətlərində yerləşən bir neçə şirkətin formal idarəetmədən çıxarılaraq saxta şirkət kimi istifadə edildiyi müəyyən olunub Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 2025-ci ilin fevralından 2026-cı ilin yanvarınadək bu şəbəkə ilə əlaqələndirilən dörd kokain partiyası – ümumilikdə təxminən 2,5 ton narkotik vasitə Lüksemburq, Kolumbiya və Hamburqda ələ keçirilib. Müsadirə edilən kokainin dəyərinin təxminən 180 milyon avro olduğu bildirilir Saxlanılan şəxslərdən biri Almaniyada hakim qarşısına çıxarılacaq, Niderlandda tutulan digər iki nəfərin isə ekstradisiyası tələb olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler