Tenqri
Ana Səhifə
Dünya

Almaniya FCAS yeni nəsil təyyarə proqramını dayandırmaq qərarına gəlib

Berlin Paris ilə birgə həyata keçirilən gələcək nəsil "Future Combat Air System" (FCAS) döyüş təyyarəsinin hazırlanması proqramını dayandırmaq qərarına gəlib "Report" xəbər verir ki, bu barədə "Reuters" Almaniya hökumətindəki mənbələrə istinadən yazıb Planlara əsasən, qırıcının yaradılması büdcəsi

0 baxışreport.az
Almaniya FCAS yeni nəsil təyyarə proqramını dayandırmaq qərarına gəlib
Paylaş:

Berlin Paris ilə birgə həyata keçirilən gələcək nəsil "Future Combat Air System" (FCAS) döyüş təyyarəsinin hazırlanması proqramını dayandırmaq qərarına gəlib "Report" xəbər verir ki, bu barədə "Reuters" Almaniya hökumətindəki mənbələrə istinadən yazıb Planlara əsasən, qırıcının yaradılması büdcəsi təxminən 100 milyard dollar təşkil etməli idi. Yeni təyyarə Fransanın "Rafale", eləcə də İspaniya və Almaniyanın silahlanmasında olan "Typhoon" təyyarələrini əvəz etmək üçün nəzərdə tutulmuşdu. Qırıcının hazırlanmasının başa çatdırılması və silahlanmaya qəbul edilməsi 2040-cı ilə qədər planlaşdırılırdı Layihə üzərində işlərin dayandırılması qərarı Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib Bunun əvəzində Almaniya tərəfi Fransa və İspaniya ilə üçtərəfli əməkdaşlığı "Combat Cloud" layihəsi çərçivəsində davam etdirmək təşəbbüsü ilə çıxış edib. Bu sistem aviasiyanın, sensorların, radar komplekslərinin və pilotsuz uçuş aparatlarının vahid informasiya şəbəkəsinə inteqrasiyasını nəzərdə tutur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler