Alimlər qocalmanın sirrini açdı: Yeni müalicə üsulları gəlir
ABŞ və digər ölkələrdən olan alimlər qocalmanın bütün canlılarda ortaq olan molekulyar əlamətlərini müəyyən ediblər Publika.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub Tədqiqatçılar siçan, siçovul, makaka və insanlardan götürülmüş 11 mindən çox toxuma nümunəs

ABŞ və digər ölkələrdən olan alimlər qocalmanın bütün canlılarda ortaq olan molekulyar əlamətlərini müəyyən ediblər Publika.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub Tədqiqatçılar siçan, siçovul, makaka və insanlardan götürülmüş 11 mindən çox toxuma nümunəsini təhlil edərək qocalmanın ümumi bioloji mexanizmlərini aşkarlayıblar Araşdırma zamanı müxtəlif canlı növlərində və hüceyrə tiplərində yaş artdıqca eyni şəkildə dəyişən genlər müəyyən edilib. Xüsusilə CDKN1A və LGALS3 genləri diqqət çəkib. Mütəxəssislərin sözlərinə görə, bu genlərin fəaliyyəti erkən ölüm riskinin yüksəlməsi və bir neçə xroniki xəstəliyin eyni vaxtda inkişafı ilə əlaqəlidir Alimlər müəyyən ediblər ki, qocalma prosesi xroniki iltihab, hüceyrələrin tədricən funksiyalarını itirməsi, maddələr mübadiləsinin zəifləməsi və DNT zədələrinin toplanması ilə müşayiət olunur Hüceyrələr və heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bəzi müdaxilələr bu prosesləri ləngidə və ya qismən geri çevirə bilər. Bunlara hüceyrələrin yenidən proqramlaşdırılması, gənc və yaşlı orqanizmlərin qan dövranının birləşdirilməsi yolu ilə cavanlaşdırma və embrion inkişafının ilkin mərhələləri daxildir Tədqiqatçılar qocalmanın dəqiq qiymətləndirilməsi üçün xüsusi alqoritm - "qocalma saatları" hazırlayıblar. Bu sistem hüceyrələrdə gedən müxtəlif proseslərin "yaşını" müəyyən etməyə və orqanizmin hansı hissələrinin daha sürətlə qocaldığını göstərməyə imkan verir Məlum olub ki, xroniki xəstəliklər iltihab vasitəsilə qocalmanı sürətləndirir. Eyni zamanda kalorisi məhdudlaşdırılmış qidalanma rejimi və Klotho geninin aktivliyinin azaldılması mitoxondrilərin fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir Alimlərin fikrincə, əldə olunan nəticələr gələcəkdə qocalmanı ləngidən və hüceyrə səviyyəsində sağlamlığı qoruyan yeni müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm Bu xəstəliklərin müalicəsi məcburidir - Cərimələnə bilərsiniz Yayda buzlu su içməyin faydadan çox zərəri var imiş Beyin sağlamlığı üçün ən dağıdıcı vərdiş - Nevroloq xəbərdarlıq etdi 22 yaşlı qızın bütün dişləri töküldü - SƏBƏB Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib? Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
Diğer Haberler

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi

Cümhuriyyət yazarı Terkoğlu: İstanbul Böyükşəhər Bələdiyyəsinin iddianaməsində etibarsızlığın məhkəmə qərarından 6 ay əvvəl baş verdiyi etiraf edilir! | T24
