Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
İsrail və ABŞ alimləri Yer kürəsindən kənarda mümkün həyat əlamətlərinin müəyyənləşdirilməsi üçün yeni yanaşma təqdim ediblər AZƏRTAC İsrailin TPS-ıl informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar fərdi molekulların axtarışına deyil, onların nümunə daxilində paylanmasının statistik

İsrail və ABŞ alimləri Yer kürəsindən kənarda mümkün həyat əlamətlərinin müəyyənləşdirilməsi üçün yeni yanaşma təqdim ediblər AZƏRTAC İsrailin TPS-ıl informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar fərdi molekulların axtarışına deyil, onların nümunə daxilində paylanmasının statistik xüsusiyyətlərinə əsaslanan metod hazırlayıblar. Yeni yanaşmanın Marsdan, asteroidlərdən və buzlu peyklərdən gətirilən nümunələrdə bioloji materialı qeyri-bioloji maddələrdən fərqləndirməyə kömək edəcəyi bildirilir Araşdırma çərçivəsində qədim Yer süxurları, fosilləşmiş bioloji qalıqlar və asteroid materialları daxil olmaqla 100-dən çox nümunə təhlil edilib. Nəticələr molekulların paylanmasında bioloji və qeyri-bioloji mənşəli maddələr arasında ardıcıl statistik fərqlərin mövcud olduğunu göstərib Tədqiqatın müəllifləri hesab edirlər ki, metod gələcək kosmik missiyalarda, xüsusilə də Yupiter və Saturnun buzlu peyklərində həyat axtarışında mühüm rol oynaya bilər Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


