Alimlər həyəcan təbili çalır: Qlobal istiləşmə təhlükəli həddə yaxınlaşır
BMT-nin dəstəyi ilə hazırlanan yeni beynəlxalq araşdırma qlobal istiləşmənin sürətləndiyini və əsas iqlim göstəricilərinin daha da pisləşdiyini ortaya qoyub Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi 70-dən çox ekspertin iştirakı ilə hazırlanmış illik hesabata istinadən məlumat yayıb Hesab

BMT-nin dəstəyi ilə hazırlanan yeni beynəlxalq araşdırma qlobal istiləşmənin sürətləndiyini və əsas iqlim göstəricilərinin daha da pisləşdiyini ortaya qoyub Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi 70-dən çox ekspertin iştirakı ilə hazırlanmış illik hesabata istinadən məlumat yayıb Hesabatın həmmüəllifi professor Piter Torn mövcud vəziyyəti ağır xəstənin simptomlarına bənzədib. Onun sözlərinə görə, iqlim dəyişikliklərinin izlənməsi üçün vacib olan qlobal monitorinq sistemləri ya ixtisar olunur, ya da təhlükə altındadır Alimlərin hesablamalarına əsasən, 2025-ci ildə Yer kürəsində orta temperatur sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə artıq 1,39 dərəcə selsi yüksəlib. Tədqiqat müəllifləri bu artımın əsas səbəbinin insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları olduğunu vurğulayırlar Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq məqsədinə nail olmaq getdikcə çətinləşir. Onların fikrincə, atmosferə atılan karbon qazının (CO₂) həcmi hazırkı templə davam edərsə, dünyanın "karbon büdcəsi" cəmi üç il ərzində tükənə bilər Araşdırmada həmçinin qeyd olunur ki, ABŞ və digər ölkələrdə iqlim müşahidələri və monitorinq proqramlarının maliyyələşdirilməsinin azalması riskləri daha da artırır Ekspertlərin qənaətinə görə, qarşıdakı illər meteoroloji müşahidələr tarixində ən isti dövr kimi qeydə alına bilər. Meteoroloq Yekaterina Pestryakova bildirib ki, xüsusilə çöl və yarımsəhra bölgələrində güclü quraqlıq təhlükəsi artır və bu, kənd təsərrüfatına ciddi zərbə vura bilər 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi Bu rayonun 10 yaşayış məntəqəsi qazsız qalacaq Göygöl rayonunda iki azyaşlı suda boğuldu “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb etdi İcra başçısı Yasamal sakinlərinin müraciət və təkliflərini dinlədi - Fotolar Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən” Bu gecə İranı vuracağıq - Tramp Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi "Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib

